12 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ərdoğan: "İsrail hazırkı liderlik dövründə xaos, qan və göz yaşı gətirir"

Ərdoğan: "İsrail hazırkı liderlik dövründə xaos, qan və göz yaşı gətirir"

Ermənistan KTMT-dən çıxarılacaq

Ermənistan KTMT-dən çıxarılacaq

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Ermənistan yeni konstitusiyanın mətni ilə bağlı açıqlama verdi

Ermənistan yeni konstitusiyanın mətni ilə bağlı açıqlama verdi

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Elm və Təhsil
AZpress - ÖZƏL Elm və Təhsil

R.Sabir: “FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr...

2 il əvvəl 478 01

R.Sabir: “FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr...

Bir neçə gün əvvəl doğulduğum rayondan - doğma Masallıdan mənə bir kitab göndərilmişdi. Kitabı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “Azpress.AZ” İnformasiya Agentliyinin redaktoru, tanınmış jurnalist, publisist Akif Ağayev yollamışdı.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizə və qazilərimizə həsr olunub. Kitabda, həmçinin I Qarabağ müharibəsi zamanı məcburi köçkün olan şəxslərin həyat hekayələri də yer alıb.

İlk olaraq belə bir kitabı araya-ərsəyə gətirdiyinə görə qələm dostuma təşəkkür etmək istəyirəm. Şəhidlərimizin və qazilərimizin keçdiyi ömür yoluna nəzər salmaq qələm adamlarının müqəddəs vəzifələrindən biridir.

Kitaba Ön sözü filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, tanınmış tənqidçi Vaqif Yusifli yazıb. Kitabın redaktoru isə tanınmış şair-publisist Arif Fərzəlidir.

Kitab “20 Yanvar – ağrılı xatirələr”, “Bütövləşən Vətən – Vətənləşən şəhidlər”, “Şəhid anasının görüşünə gedək”, “Ölümü gözə alan igidlərimiz” və başqa bölmələrdən ibarətdir. Hər bölmə qəhrəman oğullarımızın keçdiyi ömür yolunu bizim gözlərimizdə canlandırır.

Bayraq kimi ucadır, torpaq kimi müqəddəs,

Ana Vətən çağırdı, səsinə verdiniz səs,

Sizlərin qarşısında səcdə edir hər bir kəs,

Tarix yazan igidlər, Vətən olan şəhidlər!

“Fitrətimizdədir vətənpərvərlik” kitabını oxuyarkən neçə-neçə tanış şəhidimizin ömür yoluna yenidən nəzər saldım. Onların haqqında yazılan məqalələri oxuyarkən bir daha əmin oldum ki, doğrudan da, insan sonradan qəhrəman olmur, qəhrəman doğulur.

Ana torpaqdan güc aldın,

Düşmənlərindən öc aldın,

Ucaldıqca sən ucaldın,

Bayrağa dönən şəhidim!

Kitabda həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin Masallıdan olan şəhidləri haqqında geniş məlumat verilib. İlk məqalələrdən biri qəhrəman polis, Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədov haqqındadır. S.Məmmədov Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərini xilas edərkən minaya düşərək həlak olub və şəhidlik zirvəsinə yüksəlib.

Növbəti məqalə Milli Qəhrəman Elşad Hüseynov haqqındadır. E.Hüseynov Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

Ana üçün bala, övlad itkisi faciədir... Lakin öz balasını (balalarını) Vətən yolunda qurban verərək əyilməyən, sınmayan analardır Azərbaycan qadınları. Biz II Qarabağ müharibəsində necə böyük qəlbli analar gördük... O qəhrəman oğulları böyüdən mərd analar... Çiynində oğul tabutu daşıyan qəhrəman analar... “Şəhid anası” şeirimdə onların böyüklüyünü, əsalətini belə ifadə etmişdim:

Vətən qibləmizdir, səcdəgahımız,

Ona fəda olsun bizim canımız,

Vətənin anası, bizim anamız,

Şəhid anası!

Tabutu göylərə qaldıran əli,

Qürurun, vüqarın canlı heykəli,

Bir gecədə saçı ağaran gəlin -

Şəhid anası!

Onun yoldaşıdır səbir və dözüm,

Təsəlli dərdinə olmayır çözüm,

Qarşında acizdir ən güclü sözüm,

Şəhid anası!

İntiqam və Nurlan Əsgərovlar – iki şəhid qardaş. Nurlan Aprel döyüşlərində, İntiqam isə Şuşa uğrunda şəhid olub. Onların anası - Ziba xanım ilə müəllifin müsahibəsini oxuyarkən göz yaşlarım axmağa başladı... O qədər təsirliyidi ki, Ziba ananın Şuşa ziyarəti... Özümü onun yanında hiss etdim... Yuxularda gördüyün məkanı real həyatda görmək qəribə duyğudur... Və əgər bu məkan sənin balanın şəhid olduğu yerdirsə... “Sən demə İntiqam əbədiyyətə qovuşduğu gecə yuxuma girərək şəhid olduğu yeri mənə göstəribmiş. Bu da Allahın hikməti, qismətidir ki, o müqəddəs məkanı görmək mənə nəsib oldu. Və həmin yerdə Nurlanımın hərbi geyimini mənə təqdim etdilər. Arzum və yuxum çin oldu...”.

Torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşaya ilk səfərim zamanı onun mistik şəhər olduğuna inanmışdım. Ziba ananın Şuşaya səfəri bunu mənə yenidən xatırlatdı...

Anar Novruzovun şəhid olduğu günü çox yaxşı xatırlayıram. A.Novruzov dəfn olunan günü Ərkivanda yeddidən yetmişə hər kəs onu son mənzilə yola salırdı. Həmin günü Anar Novruzova, o cümlədən bütün şəhidlərimizə bir şeir həsr etdim:

ŞƏHİDİM

Bundan sonra

səsindən

nur yağmayacaq yer üzünə.

Günəşin çöhrəsi

əvvəlki kimi işıqlanmayacaq, şəhidim...

Bundan sonra

gülüşlərinin hərarəti

isitməyəcək kainatı, şəhidim...

Bundan sonra

Anan

qurban ola bilməyəcək boyuna.

bacıların

oynaya bilməyəcəklər

sədası gələməyən toyuna, şəhidim...

Bundan sonra

göz yaşları yuva salacaq

atanın üzünün qırışlarında...

Bundan sonra

bir qızın

arzusu yox,

yuxusu çin olacaq.

Məzarın üstündə

salxım söyüdlər

saçını yolacaq, şəhidim...

Bundan sonra

məğrur addımların

sevindirməyəcək torpağı, şəhidim...

Bundan sonra

“Dözüm” səbrini yoracaq

yolunu gözləyənlərin, şəhidim...

Bundan əvvəli var...

Bundan sonrası yoxdur, şəhidim...

Bundan sonrası sonsuzluqdur, şəhidim...

Sonradan A.Novruzovun şəhidlik zirvəsi ilə bağlı bir məqalə də yazdım. Biz qələm adamlarının təsəllisi o olur ki, şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən hekayələr, məqalələr, şeirlər və s. yazaq. Doğrudur, onların qəhrəmanlıqları qarşısında bizim yazdıqlarımız sönük qalır... Lakin bizim də təsəllimiz bu olur...

Kitabda Ramiz Cəfərov, Sahib Şirəliyev, Famil Əlizadə, Sənan Seyfullayev, Araz Seyfullayev, Murad Nefesov, Zaur Hüseynov, Amid Salayev, Sənan Mirzəyev, Ramil Məmmədov, İsmayıl İsayev, Şəmistan Yusifli, Sahil Babayev, Əmrah Abbasov, Mikayıl Həmidli, Eltac Əhədov, Nəsib Tağıyev, Şaiq Talıbov, Simran Rzayev, Fuad Həsənov, Cavanşir Qasımov, Əfqan Mirzəyev, Nəbi Teymurov, Mircəlil Əliyev, Əhməd Mirzəyev, Rafiq Əlihəsənov, Valeh Kərimov, Faiq Şükürov, Aqil Məlikov haqqında da məqalələr vardır. Bu məqalələri oxuyarkən düşündüm ki, belə qəhrəmanlar Vətəni daim yaşadacaqlar!...

Hüsnünə aşinadır,

Sevdalı ürəyimiz.

Bir ölüb, min dirillik,

Səni yaşadarıq biz.

Vətən!

Kitabda şəhidlərimizlə yanaşı, qazilərimiz haqqında da məqalələr yer alıb. Belə məqalələrdən biri Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı bir qolunu itirən Daməd İbrahimli haqqındadır. “Qanımız Vətən torpağına qarışıdı” adlı məqalədə Damədin belə bir fikrinə rast gəldim: “Nəinki qolum, canım da Vətənə qurbandır”. Necə qürur duymayasan belə igidlərlə?...

Düzünü deyim ki, bu kitabı göz yaşları içində oxudum. Bu qəhrəmanların həyat hekayələri məni həm qürurlandırdı, həm də duyğulandırdı. Şəhidlərimizin müqəddəs ruhları qarşısında sevgi və sayqı ilə baş əyirəm! Qəhrəmanlığınızla indi hamıya nümunəsiniz və bundan sonra da gələcək nəsillərə örnək olacaqsınız. Sizi nə biz unudacağıq, nə də tarix...

Hər birisi igiddir, hər birisi qəhrəman,

Mənfur yağı-düşmənə heç vermədiniz aman,

Tarix yaşadar sizi, əsla unutmaz zaman,

Bayraq kimi ucadır, ölümsüzdür şəhidlər!

Kitabda, həmçinin I Qarabağ müharibəsi zamanı doğma ev-eşiyindən məcburi köçkün olan şəxslərin də həyat hekayələri yer alıb. Bu məqalələri oxuyarkən gah kədərləndim, gah da sevindim. Sevindim ki, ilahi ədalət təcəlla etdi. Bir zamanlar zorla doğma ev-eşiyindən didərgin salınan vətəndaşlarımızın artıq doğma yurdlarına geri qayıdışı başlayıb. Şükür bu günə...

Bu yazının sonunda bir nüansı qeyd etmək istəyirəm. Böyük Zəfəri görən insanlardan olduğum üçün xoşbəxtəm. Torpaqları azad görmək arzusu ilə bu dünyadan nə qədər insan köçüb?... Bir zamanlar işğalda olan torpaqlarımızın həsrəti ilə “Bağışlama bizi, Vətən” şeirini yazmışdım. Şuşa işğaldan azad edilən günü böyük Zəfərimizə “Vətən, gözün aydın” adlı şeir həsr etdim. Sonuncu misraları belə idi:

Qanımızdan qutsal toprağa qatdıq,

Biz qələbə dolu tarix yaratdıq,

Çatdıq evimizə, Şuşaya çatdıq,

Vətən, gözün aydın, el, gözün aydın!

Allahdan bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət, QAZİLƏRİMİZƏ cansağlığı diləyirəm!

Rəsmiyyə Sabir,

iqtisad elmləri doktoru, şair

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 1 həftə əvvəl

Azərbaycanda birinci siniflərə açıq qəbul başlayır

Azərbaycanda birinci siniflərə açıq qəbul başlayır

John Doe 1 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın  “Qərənfil” şeiri

John Doe 2 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

John Doe 4 həftə əvvəl

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

John Doe 1 ay əvvəl

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik et...

7 iyun 2026 14:37:00
• Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi}

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

7 iyun 2026 14:32:51
• İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib +FOTO=33}

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştira...

3 iyun 2026 15:59:51
• İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib +VİDEO/FOTO=77}

İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində...

2 iyun 2026 18:29:54
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com