25 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

Türk dünyası ölkələrinin dini qurumlarının ilk görüşü Şuşada keçiriləcək

Türk dünyası ölkələrinin dini qurumlarının ilk görüşü Şuşada keçiriləcək

Azərbaycanda karantin rejimi uzadıldı

Azərbaycanda karantin rejimi uzadıldı

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

Bakı və Aşqabad: Strateji tərəfdaşlıq möhkəmlənir

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Qumar oyunlarında təkrar iştirak 15 günə qədər həbslə cəzalandırılır

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. Elm və Təhsil
Siyasət Elm və Təhsil

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

1 saat əvvəl 31 01

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Qərbi Azərbaycana qayıdış üzrə üçüncü festival-konrqes Naxçıvan Dövlət Universitetinin bu mərhələdə Ordubaddan başlatdığı tarixi yaddaş və qayıdış missiyasının olduqca real təsdiqi oldu. Festival, elmi, pedaqoji, sosial, mədəni, hüquqi, iqtisadi, tarixi və digər istiqamətlərin dolğun ifadə forması müstəvisində də, olduqca mühüm nəticə oldu. Bu festival bütün tərəflərinə görə tarixlə reallığın görüşü, reallıqla hədəflərin sintezi olaraq da, çox əhəmiyyətli idi. ALLAHA Şükürlər olsun ki, həsrətində olduğumuz torpaqlarımıza, ərazilərimizə qovuşduğumuz indiki mərhələdə, Qərbi Azərbaycana qayıdış ümumxalq arzumuz, səyimiz və hədəfimiz olaraq həddindən çox əhəmiyyətlidir. İşğaldan azad olunan ərazilərimizin hər birimizə gətirmiş olduğu milli qürur, Qərbi Azərbaycana qayıdış arzularımızın çiçəklənməsinə zəmin açmışdır. Məhz bu arzularımız bizi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvandan Qarabağa və Şərqi Zəngəzura, oradan isə Qərbi Azərbaycana qətiyyətli addımlarla aparmaqdadır. Bu mənada, qalib ölkənin inkişaf edən ali mətəbi olaraq, Naxçıvan Dövlət Universitetinin 2023-cü ildə Naxçıvan şəhərində, 2024-cü ildə Batabat yaylasında uğurla reallaşdırmış olduğu birinci və ikinci festival-konqres ərazilərimizin yaxınlaşması, torpaqlarımızın azad olunması, qayıdış missiyamızın gerçək olması baxımından olduqca əhəmiyyətli idi. Təbii olaraq, bu möhtəşəm tədbirlərin müəllifi, təşkilatçısı və təminatçısı məhz Naxçıvan Dövlət Universiteti oldu. Festival-konqresin elmi əsaslarının yaradılması, pedaqoji əhəmiyyətinin ortaya qoyulması, tarixiliklə müasirlik sintezinin düzgün müəyyən olunması, böyük ictimaiyyətin maraqlarının ifadə olunması, dövlətin bu sahədəki siyasətinə töhvə olunması və digər bu kimi olduqca mühüm məsələlər, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə daha mütərəqqi oldu və 18-19 iyun tarixlərində bu, daha genişliyi ilə görünmüş oldu. Azərbaycanın dilbər güşələrindən biri olan, həmçinin tarixiliyin və qədimliyin gerçək ifadəsi olaraq çıxış edən Ordubad, Qərbi Azərbaycana qayıdış üzrə festival-konqresin mərkəzinə çevrildi.
Obrazlı şəkildə qeyd etmiş olsaq, bəhs olunan tarixlərdə Naxçıvan Dövlət Universiteti sanki, bir xoşbəxtlik çırağı yandırmışdı. Milli Lidermizin ideyalarına sadiq olaraq, ərazi bütövlüyümüzün təmin olunmasına, suverenliyimizə, tarixi Qayıdış missisyasının davamlılığına, daha qüdrətli dövlət quruculuğuna gedən yolun abadlığına, müzəffər Ali Baş Komandanımızın Zəfər Müjdələrinə xalq, millət, cəmiyyət olaraq qürurlanmağın gətirmiş olduğu xoşbəxtlik idi. Millət vəkillərimizin, alimlərimizin, müxtəlif ixtisaslar üzrə elm adamlarımızın, tədqiqatçılarımızın, sənət adamlarımızın, mədəniyyət xadimlərimizin, sadə vətəndaşlarımızın, zəhmətkeşlərimizin sevinclə, iftixarla və bir o qədər də ümidlə qatıldığı festival-konqres Naxçıvan Dövlət Universitetinin timsalında reallaşırdı.
Tədbirin gedişində istər muxtar respublikanın, istərsə də, onun bağlı olduğu ölkəmizin təcrübəli aparıcılarının, xüsusilə də, Günay Məmmədovanın, Fəxriyyə Lilparın fəaliyyətlərini böyük diqqətlə izləyən iştirakçılar, hər dəfəsində gurultulu alqışlarla öz rəğbətlərini bildirirdilər.
Fəxriyyə xanım, həm də “Xəzərin sahilində” verilişinin aparıcısı olaraq, böyük izləyici kütləsinin sevgisini qazanmışdır. Hələ universitetimiz tərəfindən ev sahibliyi olunan digər tədbirlərdə də, yaxından iştirak edən Fəxriyyə xanım, Xəzərin sahilindən arazın sahilinə qədər böyük missiyanı uğurla yerinə yetirmiş, universitetimizin uğurlarına bizim qədər sevinmişdir. Bu festival-konqresdə də, Fəxriyyə xanım doğmalıqla aparıcılıq etməklə, ürəyindəki sevgi ilə gözlərindəki işığın vəhdətindən yaranan xoşbəxtliyi iştirakçılarla paylaşdı.
Festival-konqres, bütünlükdə, yüksək səviyyədə təşkil olunmuşdur. İstər tədbirin keçirildiyi çinar bağında, istər, Sərşəhərə qədər uzanan, istərsə də, Cümə Məscidinin əhatəsində təşkil olunan və muxtar respublikanın 20-yə yaxın təşkilat tərəfindən təşkil olunan sərgilərdə Qərbi Azərbaycana aid olan unikal sənəd nümunələri, kitablar, məişət əşyalarının kulinariya nümunələrinin təqdimatı üçün əlverişli şərait yaradılmışdır. Həmin sərgilərin əsas mahiyyətini, eyni zamanda, ölkəmizin iqtisadi, sosial, hərbi, mədəni, hüquqi və digər sahələrinə xas olan əsərlərin, təşkilatçılıq nümunələrinin olması ilə də izah etmək olar. Böyük peşəkarlılqa hazırlanan əl işləri, sənət əsərləri iştirakçıların diqqətini çəkirdi. Muxtar respublikanın şəhər və rayonlarının icra hakimiyyətləri tərəfindən təqdim olunan sərgilərdə xüsusilə də, müvafiq şəhər və rayonlara xas olan, onların yerli əhalisinin istehsalı olan, fəaliyyətlərinin nəticələrinin ifadəsi olan məhsullar daha faydalı təsir bağışlayırdı. Həmin sərgilərdən aydın olurdu ki, ölkəmiz tarixi ərazi bütövlüyünü, etibarlı elm və tədris resursları, güclü hərbi potensialı, dayanıqlı iqtisadi göstəriciləri və digər üstünülükləri ilə təmin etməyi bacarırdı.
Qərbi Azərbaycana qayıdış festival-konqres, ölkəmizin 70-ə yaxın müəssisəsindən 382 məruzə təqdim olunması ilə daha da möhtəşəmlik qazandı. Bir daha göründü ki, Naxçıvan Dövlət Universiteti, elmi müzakirələrin, araşdırmaların, səmərəli nəticələrin və bu sahələr üzrə münasibətlərin mərkəzinə çevrilə bilir, ona ev sahibliyi edir və bu sahədəki, proseslərin hərəkətverici qüvvəsi olur. Həmçinin, aydın oldu ki, universitetimiz, artıq elm və təhsil sahələrinin həm bir yerdə, həm də ayrı-ayrılıqda inkişafına, perspektivliliyinə və uzunmüddətli prioritetlərinin əlçatanlığına təminat yarada bilir və bu sahədə, resurslardan daha səmərəli istifadənin yollarının müəyyən olunmasına təkan olur. Bunu, 200-ə yaxın xüsusi dəvət olunan qonaqlar da bir daha sübut edirdi. Eyni zamanda, 5000-dən artıq iştirakçının Ordubaddakı festivalda iştirak etmiş olması, tarixi keçmişimizə, müasir reallıqlarımıza və tədbir fonunda bu ideyaların müəllifi olaraq Naxçıvan Dövlət Universitetinin çağırışlarına böyük sevginin ifadəsi olmuşdur.
Tədbirin əsas təşkilatçıları Naxçıvan Dövlət Universiteti ilə yanaşı, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında Prezidentin Səlahiyyətli Nümayəndəliyinin, Qərbi Azərbaycan İcmasının, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin olması, bu sahədə, daha məqsədyönlü, sistemli və perspektivli tədbirlərin həyata keçirilmiş olduğunu qeyd etməyə əsaslar verir.
Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycana qayıdışla bağlı olan üçüncü tarixi festival-konqresin yüksək səviyyədə keçirilməsi ilə növbəti çoxistiqamətli uğura imza atmış oldu. Bu uğur, ali məktəbin rektoru, Elbrus İsayevin uzun illərə söykənən elmi, pedaqoji və idarəetmə təcrübəsinin də olduqca mühüm ifadəsi və nəticəsi olaraq əhəmiyyətlidir. Kollektivin bu kimi tədbirlərdə birliyini yarada bilən, daha doğrusu, onlarla əl-ələ verən, çoxixtisaslı ixtisaslar üzrə alim, pedaqoq və araşdırmaçı heyətinin ortaq fəaliyyətini təmin etməyi bacarmaqla, bu sahədə, tələbələrin, magistrlərin fəal iş, ideya, təşəbbüs birliyini də ortaya qoymağı bacarırdı. İstər festivala hazırlıq günlərində, istərsə də, festivalın keçirldiyi saatlarda təhkim olunan işçilərin, mütəxəssislərin və könüllülərin əlaqəli, sistemli və səmərəli fəaliyyəti uğurlu qapıların açarı oldu. Onlardan prorektor Nicat Yaqubovun, rektor müşaviri Ülvi Baxışlının, tədbirlərin təşkili üzrə Fətəli Axundzadənin, Nilüfər Əliyevanın, Tuncay Abbasovun, əməkdar artist Tofiq Seyidovun, Ramil Bağırovun və universitet medyasının rolunu yüksək dəyərləndirmək olar.
Bir sözlə, Qərbi Azərbaycana Qayıdış III Festival-Konqresi yalnız mədəni və ictimai tədbir olmaqla kifayətlənmir, həm də mühüm elmi-pedaqoji əhəmiyyət daşıyan strateji platforma kimi çıxış edir. Festival-konqres Qərbi Azərbaycanın tarixi, mədəni irsi, etnoqrafiyası, toponimləri və azərbaycanlıların həmin ərazilərdəki çoxəsrlik yaşayış tarixinin araşdırılması istiqamətində alimlərin, tədqiqatçıların, müəllimlərin və gənclərin bir araya gəlməsinə imkan yaradır. Tədbir çərçivəsində təqdim olunan elmi məruzələr, müzakirələr və tədqiqatlar tarixi həqiqətlərin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına xidmət edir.
Festival-konqresin pedaqoji əhəmiyyəti isə milli yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların tarixi irsimizə bağlılığının gücləndirilməsi ilə bağlıdır. Tədbir iştirakçıları Qərbi Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə edir, xalqımızın üzləşdiyi deportasiya və məcburi köçkünlük proseslərinin mahiyyətini öyrənirlər. Bu isə gənclərdə milli kimlik şüurunun möhkəmlənməsinə, tarixi ədalətin bərpası uğrunda aparılan fəaliyyətlərə daha fəal qoşulmalarına stimul verir.
Festival-konqresin əhəmiyyətini artıran əsas məqamlardan biri də onun Azərbaycanın ərazi bütövlüyünün möhkəmləndirilməsi və tarixi torpaqlarımıza qayıdış ideyasının elmi əsaslarla təbliği baxımından mühüm rol oynamasıdır. Qərbi Azərbaycan məsələsinin beynəlxalq hüquq normaları, insan hüquqları və tarixi həqiqətlər kontekstində araşdırılması xalqımızın öz doğma yurdlarına sülh yolu ilə qayıtmaq hüququnun əsaslandırılmasına xidmət edir. Bu baxımdan, festival-konqres təkcə elmi fikir mübadiləsi deyil, həm də milli maraqların müdafiəsinə yönəlmiş intellektual platforma rolunu oynayır.
Tədbir xalqımızın tarixi torpaqlarına qayıdış missiyasına mühüm təkan verəcək təşəbbüslərdən biridir. Burada səsləndirilən fikirlər, təqdim olunan araşdırmalar və irəli sürülən layihələr Qərbi Azərbaycanla bağlı həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına, milli həmrəyliyin güclənməsinə və qayıdış ideyasının ictimai şüurda daha da möhkəmlənməsinə şərait yaradır. Festival-konqres Azərbaycan xalqının tarixi yaddaşını yaşatmaqla yanaşı, gələcək nəsillərin öz köklərinə bağlılığını artırır, onların doğma torpaqlara qayıdış amalına inamını gücləndirir.
Beləliklə, Qərbi Azərbaycana Qayıdış III Festival-Konqresi elmi, pedaqoji və ictimai-siyasi baxımdan böyük əhəmiyyətə malik olmaqla, tarixi həqiqətlərin qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına və xalqımızın öz tarixi yurdlarına qayıdış ideyasının daha da güclənməsinə mühüm töhfə verən əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Təbii olaraq, bu sahədə, Naxçıvan Dövlət Universitetinin təşəbbüslərinin, ideya və layihələrinin nə qədər yüksə səmərəli olduğunu qeyd etmək yerinə düşər.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ MƏFKURƏSİNİN ELMİ VƏ PEDAQOJİ MƏRKƏZİ

John Doe 1 saat əvvəl

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

Bakıda Ukrayna Universitetlərinin Rəsmi Təhsil Sərgisi keçiriləcək

John Doe 1 gün əvvəl

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 1 gün əvvəl

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

Cavadxan Qasımov: ORDUBADDAN QƏRBİ AZƏRBAYCANA: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN TARİXİ YADDAŞ VƏ QAYIDIŞ MİSSİYASI

John Doe 6 gün əvvəl

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

John Doe 1 həftə əvvəl

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Kitabxanada Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

Prezidentlər İlham Əliyev və Sərdar Berd...

23 iyun 2026 19:21:39
• Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib}

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib

23 iyun 2026 19:10:26
• İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar}

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın t...

23 iyun 2026 17:58:22
• Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar}

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada “Heydər Əliy...

23 iyun 2026 16:56:42
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com