Azərbaycan Olimpiada-2024-ün boks yarışlarına 5 boksçu ilə qatılacaq
Bu göstərici dünya üzrə dördüncüdür
Taylandın paytaxtı Bonqkokda kişi və qadın boksçular arasında keçirilən Dünya Olimpiya Təsnifatlı turnirdən sonra Olimpiada-2024-ün boks turnirində mübarizə aparacaq boksçular müəyyənləşib. Son turnirdə Azərbaycan da daxil olmaqla 133 ölkədən 600 boksçu 51 (28 kişi, 23 qadın) lisenziya uğrunda mübarizə aparıb.
Qeyd edək ki, həmin turnirə 9 (4 kişi və 5 qadın) boksçu ilə qatılan Azərbaycan iki lisenziya qazanıb. Bununla da boks üzrə yığmamızın aktivində 5 lisenziya olub. Bu saya görə Kuba, Braziliya və İspaniya ilə birlikdə 4-7-ci yerləri bölüşən Azərbaycan yalnız Özbəkistan, Qazaxıstan (hərəyə 7 lisenziya) və Avstriyadan (6 lisenziya) geri qalıb. Azərbaycan qazanılan lisenziyaların sayına görə, ABŞ, İrlandiya, və Fransa (hərəyə 4 lisenziya) kimi ölkələri geridə qoyub.
Yeri gəlmişkən, yığmamızın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) lisenziya qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.