Karlo Ançelotti UEFA Çempionlar liqasını ən çox qazanan məşqçidir
İyunun 1-də baş tutan final oyunu ilə futbol üzrə UEFA Çempionlar liqasının 2023/24-cu illər mövsümünə yekun vurulub. Turnirin qalibi adını isə Dortmund (Almaniya) "Borussiya"sini 2:0 hesabla məqlub edən "Real" (Madrid, İspaniya) klubu qazanib. Burada diqqətçəkən məqamlardan biri Madrid təmsilçisinin italiyalı baş məşqçisi Karlo Ançelottinin 5-ci dəfə bu titulu qazanamasi olub. 64 yaşlı italiyalı mütəxəssis bu titulu iki dəfə "Real"la, 3 dəfə isə "Milan"la (İtaliya) qazanıb. Bununla da Ançelotti Çempionlar liqasını ən çox qazanan məşqçi kimi yadda qalıb. Xatirladaq ki, Ançelotti "Milan"in heyətində iki dəfə də futbolçu kimi analoji turnirin qalibi olub (Avropa Çempionlar Kuboku).
Yeri gəlmişkən, Zinədin Zidan, Bab Peysli və Xosep Qvardiola hərəyə 3 dəfə bu turniri qazanan məşqçidir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.