Dörd boksçumuzdan ikisi mərhələ keçsə də, ikisi ...
Taylandın paytaxtı Bonqkokda kişi və qadın boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Dünya Olimpiya Təsnifatlı turnir davam edir. Bu gün turnirdə biri qadın olmaqla 4 boksçumuz rinq döyüşünə çıxıb. Onlardan ikisi mərhələ keçməyi bacarsa da. digər ikisi isə məğlub olaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Malik Həsənov (63,5 kq) 1\4 finalda kolumbiyalı rəqibi Xose Manuel Viafaranı məğlub edərək, yarımfinala çıxmaqla\. həm bürünc medalı, həm də Paris Olimpiadasına lisenziyanı özünə təmin edib. 92 kq çəkidə rinqə çıxan və 3-cü döyüşünü keçirən Alfonso Dominqes isə 1\8 finalda hindistanlı Sanjit Sanjiti məğlub edərək adını 1\4 finala yazdırıb.
Təəssüflər olsun ki, 57 kq-da üçüncü döyüşünə çıxan digər təmsilçimiz - Şamil Əsgərov 1\4 finalda üzləşdiyi Munarbek Seyitbeklə (Qırğızıstan) bacarmayıb və bununla da mübarizəni lisenziyanın bir addımlığında dayandırıb.
Turnirdə ilk döyüşünə (1\16 final) çıxan qadın təmsilçimiz Marjona Savriyeva (50 kq) isə İordaniya təmsilçisi Hanan Hassarla bağarmayıb.
Bu gün qazanılan lisenziyanı da nəzərə alsaq Azərbaycan boksçularının aktivində hələki 4 lisenziya var. Xatırladaq ki, Həsənovdan öncə Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanmışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.