Voleybol yığmalarımız sabah QAL-nın son turuna başlayacaqlar
Azərbaycanın voleybol üzrə yığma komandalarının da (kişi və qadın) iştirak etdiyi Qızıl Avropa Liqasında (QAL) sabah üçüncü turun (mərhələnin) oyunlarına start veriləcək. İyunun 2-dək davam edəcək bu turnirdə qadın yığmamızın oyunları Bakı Voleybo Mərkəzində, kişi voleybol komandamızın oyunları isə Estoniyada olacaq. Baş məşqçisi Faiq Qarayev olan qadın millimiz Bakıda Estoniya və Avstriyq yığması ilə qaşılaşacaq. Fərid Cəlilovun başçılıq etdiyi kişi yığmamız isə Estoniyada ev sahibi və Lüksemburq millisi ilə üzləşəcək.
Hər iki komandamızın iştirak etdiyi turun təqvimi belədir:
Qızıl Avropa Liqası: Qadınlar: III tur (Azərbaycan, Bakı Voleybol Mərkəzi)
31 may. Saat 18:00 Estoniya - Azərbaycan
1 iyun. Saat 18:00 Avstriya - Estoniya
2 iyun. Saat 17:00 Azərbaycan - Avstriya
III tur. Kişilər. (Estoniya)
31 may. Saat 19:00 Azərbaycan - Estoniya
1 iyun. Saat 17:00 Lüksemburq - Azərbaycan
2 iyun. Saat 18:00 Estoniya - Lüksemburq
Qeyd: Bakıda keçiriləcək oyunlar “CBC Sport” kanalı ilə canlı yayımlanacaq. Oyunlara giriş sərbəstdir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.