Məmməd Əvəzoğlu:
YAĞIŞ
Yağ bizim bağçanın güllərinə sən,
Doğmasan bu yurdun ellərinə sən,
Yağ gözəl qızların tellərinə sən,
Oxşa, daraq kimi əzizlə, yağış.
Kirli ruhumuzu təmizlə, yağış.
Çal-çağır vaxtıdır bu gözəl aylar,
Bahar yağışına düşür subaylar,
Yağ uca dağlara, sulansın çaylar,
İşin yox gözü tox dənizlə, yağış,
Toz basan qəlbləri təmizlə, yağış.
Alışan üzlərə yağ gilə-gilə,
Sızlayan qəlblərə yağ gülə-gülə,
Göz yaşım çox olub, yağ bilə-bilə,
Gözümdən gələni sən gizlə, yağış,
Dərdimi bir azca təmizlə, yağış.
Mənim sözlərimə bəlkə gülərsən,
Məsləhət sənindir, özün bilərsən,
Gözü nəmlilərə sən nə dilərsən?
Üz-üzə gəlirsən hər üzlə, yağış,
Əl çək saçımıza, əzizlə, yağış,
Toz basan qəlbləri təmizlə, yağış.
Məmməd Əvəzoğlu.14.05.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.