Yeniyetmə taekvondoçularımız Multi Avropa Oyunlarında 12 medal qazanıblar
24-26 may tarixlərində Ankarada taekvondo üzrə Multi Avropa Oyunları keçirilib. Üç gün davam edən yarışda Azərbaycan idmançıları da iştirak ediblər. Yarışın həm ilk, həm də ikinci günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərindən 12-si fəxri kürsüyə qalxıb.
Turnirin birinci günü bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Məryəm Cəfərova (41 kq) ikinci yeri tutub. Gülay Əliyeva (44 kq), Əli Həsənzadə (33 kq), Hüseyn Abbaslı (37 kq) və Hüseyn Məmmədov (+65 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüblər.
Maraqlıdır ki, turnirin ikinci günündə də 6 təmsilçimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Onlardan 2-si qızıl, 4-ü isə bürünc medala layiq görülüblər.
ATF-dan verilən məlumata görə, ikinci günün qəhrəmanlarından Hüseyn Xudiyev (73 kq) və Elcan Əliyev (78 kq) fəxri kürsünün ilk pilləsinə yüksəliblər. Məhəmməd Həsənli (48 kq), Ziya Həsənli (55 kq), Yunis Hüseynov (68 kq) və Gülü Zamanova (42 kq) 3-cü yerin sahibi olublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.