Voleybol yığmalarımız QAL-nın ikinci mərhələsini məğlubiyyətlə başa vurublar
24-25 may günlərində kişi və qadın voleybolçular arasında Qızıl Avropa Liqasının ikinci turunun (mərhələ) oyunları keçirilib. Təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi qadın millimiz ikinci mərhələnin oyunlarını Rumıniyada yerli komandaya və İsveç yığmasına qarşı keçirib. Təəssüflər olsun ki, Azərbaycan komandası hər iki oyunda quru hesablı məğlubiyyətlə üzləşib - 0:3.
Baş məşqçisi Fərid Cəlilov olan kişi yiqmamizin isə ikinci mərhələnin oyunlarını Belçikada keçirib. Burada ev sahibi və Şimali Makedoniya millisi ilə qarşılaşan yığmamız hər iki oyunda eyni hesabla məğlub olub - 0:3.
Xatırladaq ki, qadın yığmamız birinci mərhələni Xorvatiyada, kişi millimiz isə Bakıda keçirmişdi. Qadınlarımız Xorvatiyada bir oyunu udub, digərini uduzduğu halda, kişi komandamız doğma divarlar arasında hər iki oyunda uduzmuşdu.
Yeri gəlmişkən, qadın yığmamız üçüncü mərhələnin oyunlarını mayın 31-dən iyunun 2-dək Bakıda keçirəcək. Rəqiblər Estoniya və Avstriya millisi olacaq. Həmin günlərdə kişi voleybolçularımız isə Estoniyada meydan sahibləri və Lüksemburqla qarşılasalar.
Reqlamentə görə, üç mərhələnin yekun nəticəsinə əsasən ən yaxşı dörd komanda "dördlər finali'- ndan mübarizəni davam etdirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.