"Sabah" çempionluq titulunu qoruyub
Kişi basketol klublarınin mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) "Sabah"la "Xəzri" arasında dünən final seriyası çərçivəsində baş tutan dördüncu oyunla 2023/24-cu illər mövsümünə yekun vurulub. Həmin oyunda son ölkə çempionu "Sabah" klubu çempionatın debütanti üzərində 69:74 (14:14, 20:11, 21:28, 14:21) hesabla qalib gələrək final seriyasında ümumi hesabı öz xeyrinə olmaqla 3:1-ə çatdırıb. Bu isə "Sabah"a öz çempionluq titulunu qoruyub saxlamaq və dalbadal ikinci dəfə Azərbaycan çempionu adını qazanmaq imkanı verib.
"Xəzri"-"Sabah" arasında final seriyası çərçivəsində keçirilən əvvəlki oyunlarda nəticələr belə olub: 95:70, 63:94, 59:75.
Qeyd edək ki, reqlamentə görə final seriyası tərəflərdən birinin 3-cu qələbəsinə qədər davam etməliydi. "Sabah" bu işin öhdəsindən daha tez gəlib və çempionluq zirvəsinə yüksəlib.
Xatırladaq ki, ABL-da üçüncü yeri isə Xaçmazın "NTD-İndiqo" klubu tutub.
Bir məqamı da qeyd edək ki, dünən cempiona layiq olduğu kuboku təqdim edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmirullayev bildirib ki, gələn mövsüm ABL-da klubların sayı daha iki klub qatılmaqla 12-yə çatdırıla bilər. "Sabah" ölkəmizi Avropa Çempionlar liqasında təmsil edəcək. Bununla yanaşı, "Xəzəri" və ya "Neftçi" klubu isə digər Avrokubok turnirində iştirak edəcək.
Yeri gəlmişkən, 3x3 baskbolu üzrə qadınlardan ibarət Azərbaycan yığması Olimpiada-2024-də mübarizə aparacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.