4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında
7-ci Zona Fənn Olimpiadasının qalibləri mükafatlandırılıb
13 aprel 2024-cü il tarixdə Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən olimpiadanın nəticələrinə əsasən, dörd Masallı məktəblisi mükafatçılar sırasında yer alıb. Masallı şəhər İ.Əsgərli adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Əsədullayev fizika fənni üzrə birinci, Lürən kənd F.Şükürov adına tam orta məktəbin IX sinif şagirdi Rəvan Rzalı fizika fənni üzrə, Bədəlan kənd tam orta məktəbin XI sinif şagirdi Fəridə Şükürlü coğrafiya fənni üzrə ikinci, Sığdaş kənd tam orta məktəbin XI sinif şagirdi Humay İbrahimova fizika fənni üzrə üçüncü yerə layiq görülərək, diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Məlumat üçün bildirək ki, ənənəvi zona olimpiadasında Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri fizika, riyaziyyat, kimya, biologiya, informatika və coğrafiya fənləri üzrə biliklərini sınayıblar.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.