Gənc güləşçimiz Ruzanna Məmmədova AÇ -nin üçüncüsü olub
Bakı İdman Sarayında 23 yaşlı güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən dördüncü günü yarışlara ev sahibliyi edən Azərbaycan yığmasının aktivinə bürünc əyarlı daha bir medal yazılıb. Bu medalın sahibi Ruzanna Məmmədova (59 kq) olub. Təəssüflər olsun ki, onunla eyni gündə mübarizəyə qatılan rəfiqələri fiaskoya uğrayıblar.
Bu gün isə zərif cinsdən olan daha 4 təmsilçimiz mübarizəyə qatılıb. Onlardan ikisi - Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) uqurla çıxış edərək finala yüksəlib. Bu isə onların ən pis halda gümüş medal qazanması deməkdir. Finalçılarımız sabah həlledici görüşə çıxacaqlar. Dördluyumuzdən Mərziyə Sadıxova (72 kq) sabah təsəlliverici görüşlərlə bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
Xatırladaq ki, qızlardan öncə çıxış edən klassiklərin yarısında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası 8 (3-1-4) medalla komanda hesabında Avropada birinci olub.
Sabah sərbəst güləşçilərin yarışı başlayacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.