Cüdoçumuz Zelim Kotsayev dünya çempionu olub
BƏƏ-nin paytaxtı Abu-Dabidə böyüklər ( kişi və qadın) arasında keçirilən və Azərbaycan idmançılarının da qatıldığı cüdo üzrə dünya çempionatı artıq finişə yaxınlaşıb. Mundilain bu günə təsadüf edən beşinci günü də Azərbaycan komandası üçün yaddaqalan olub. Belə ki, bu tatamiyə çıxan yeganə təmsilçimiz Zelim Kotsayev (100 kq) uqurla çıxış edərək dünya çempionu adını qazanıb və bununla da yiqmamizin aktivinə daha bir qızıl medal yazdırıb. O, çempionluq zirvəsinə gedən yolda əvvəlcə Yon Xuan Bonus (Koreya), ardından izrailli Peter Palçıki və İspaniya təmsilçisi Nikoloza Şerazadişvilini məqlub edərək yarımfinala yüksəlib və Portuqaliya idmançısı Xorxe Fonseki də üstələyərək finala çıxıb. Həlledici finalda isə o, kanadalı rəqibi Şadi El-Nahasi məqlub edib.
Xatırladaq ki, Kotsayevdən öncə dünya reytinq cədvəlində öz çəkisinin lideri olan Hidayət Heydərov (73 kq) eyni yarışda bu uqura imza atıb. Bununla da Azərbaycan 11 illik (DC-3013) fasilədən sonra mundialda iki qızıl medal qazanıb.
Qeyd edək ki, 2023-cu ildə Azərbaycan cüdo tarixində ilk dünya çempionu adını Elxan Məmmədov (100 kq) qazanmışdı.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.