Məmməd Əvəzoğlu:
İnciməsin
Necə dövran edək, ey dost, axı can inciməsin?
Ürəyim inciməsin, vurduğu qan inciməsin.
Bu fələk bizləri iblislərə etmişdir əsir,
Haqq budur, taleyimi tərsə yazan inciməsin.
Nə böyük dərd imiş, Allah, bu çörək imtahanı!
Külfətin qarnı üçün yoldan azan inciməsin.
Gözü doymazları da torpaq özü doyduracaq,
Əgər halal ilə dolmursa, qazan inciməsin.
Millətin boynun əyənlərdədir indi tərəzi,
Gücü çatmır yalana, doğru mizan inciməsin.
Onu da əyriyə vadar eləyən var, bilirəm,
Ayağım altını dırnaqla qazan inciməsin.
Məmmədin ruhunu ağlatdı bu ömrün payızı!
Gileyim olsa da, məndən bu xəzan inciməsin.
Məmməd Əvəzoğlu.14.05.2024.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.