Hansı insanlar qırmızı ətdən imtina etməlidir?
Diabetli qadınların qırmızı ət və kolbasa yeməkləri böyrək zədələnməsi olan diabetik nefropatiyanın inkişaf riskini artıra bilər. Bu qənaətə Tehran Tibb Universitetinin Qidalanma Elmləri və Dietologiya fakültəsinin alimləri gəlib.
Araşdırmada 30-65 yaş arası 210 qadın iştirak edib. Tədqiqat başlamazdan bir neçə il əvvəl bütün iştirakçılara şəkərli diabet diaqnozu qoyulmuşdu. Subyektlərdən müntəzəm olaraq nə qədər qırmızı ət (mal, quzu və müxtəlif orqan ətləri), ağ ət (quş əti və balıq) və emal olunmuş ətləri (kolbasa kimi) nə qədər istehlak etdikləri barədə məlumat vermələri istənilib.
Könüllülər həmçinin albumin və kreatinin nisbətini qiymətləndirmək üçün sidik nümunələri təqdim etdilər. Bu göstərici diabetik nefropatiya da daxil olmaqla böyrək zədələnməsinin əlamətlərini etibarlı şəkildə əks etdirir. Diabetik nefropatiya diabetes mellitus ilə meydana gələn böyrək damarlarının zədələnməsidir.
Nəticələr göstərdi ki, daha yüksək səviyyədə qırmızı ət istehlak edən iştirakçılarda acqarına qan şəkəri və sidikdə kreatinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir. Qırmızı ət və işlənmiş ətlərin həddindən artıq istehlakı diabetik nefropatiya və hipertoniya riskinin artması ilə birbaşa əlaqələndirilir. Digər tərəfdən ağ ət qan şəkərinin səviyyəsini və diabetin ağırlaşmaları ehtimalını azaldır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.