Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin səbirsizliklə gözlədiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsinə start verir.
Ötən illərdə olduğu kimi Fond gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclər üçün 23 noyabr 2023-cü il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaşlı gəncləri Müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə müraciətləri Fondun E-xidmətlər Sistemi (www.youthfoundation.az) vasitəsilə müsabiqəyə təqdim edilə bilər.
Layihələrin istiqamətləri və mövzuları:
№ | Layihənin istiqaməti | Layihənin mövzusu |
1 | “VətənimİZ” Qrantı | Gənclər tərəfindən vətənpərvərlik təşəbbüsləri: |
Ulu Öndər Heydər Əliyev və Azərbaycan Gəncliyi | ||
Vətənpərvərliyin təşviqi təşəbbüsləri | ||
Vətən Müharibəsində Zəfərin qeyd olunması | ||
Azərbaycan tarixinin, adətlərinin, milli-mənəvi dəyərlərin təbliği | ||
2 | “İnnovativ Gənclik” Qrantı | Gənclər tərəfindən yeni innovasiya və texnologiyaların tətbiqinə yönələn təşəbbüslər: |
Dördüncü Sənaye İnqilabı təşəbbüsləri | ||
“Böyük Qayıdış” innovasiyaları | ||
Nou-hau, ixtiraçılıq və robototexnika | ||
Tətbiqlərin və e-xidmətlərin yaradılması | ||
E-məzmunların yaradılması | ||
Gənclər üçün sosial biznes modelləri
|
||
3 | “Gəncdən Gəncə” Qrantı | Gənclər tərəfindən həmyaşıdları üçün qeyri-formal təhsil imkanlarını təqdim edən təşəbbüslər: |
Təlim və tədris proqramları | ||
Maliyyə savadlılığının artırılması | ||
Kompüter savadlılığının artırılması | ||
Şəhər mobilliyi və yol hərəkəti qaydaları haqqında maarifləndirmə | ||
Həvəskar idman yarışlarının (mini futbol, voleybol, basketbol, peyntbol və s.) təşkili | ||
Sağlam həyat tərzinin təşviqi | ||
4 | “Gənc İstedad” Qrantı | Gənc istedadların müxtəlif istiqamətlərdə yaradıcılığına dəstək: |
Memarlıq, dizayn, urbanistika | ||
Ədəbiyyat, bədii qiraət və tarix | ||
Teatr və kino | ||
Musiqi və xoreoqrafiya | ||
İnformasiya texnologiyaları | ||
Təsviri incəsənət | ||
5 | “Gənclər Məkanı” Qrantı | Gənclərin liderliyi ilə müxtəlif mövzular üzrə gənclər klublarının fəaliyyətinin təşkili təşəbbüsləri: |
Ekologiya | ||
Sahibkarlıq | ||
Oxu və mütaliə | ||
İntellektual oyunlar | ||
Natiqlik və debat | ||
Skautinq və kempinq | ||
Digər | ||
6 | “Gənc Lider” Qrantı | Gənclərin təşəbbüs qruplarının təşəbbüsləri: |
İcma inkişafı | ||
Araşdırma və tədqiqat | ||
Klub fəaliyyətləri | ||
7 | “Azərbaycan Könüllüsü” Qrantı | Gənclərin ictimai faydalı könüllü fəaliyyət təşəbbüsləri: |
Sosial və inklüziv könüllülük | ||
Ekoloji könüllülük | ||
Mədəni könüllülük | ||
Vətənpərvər könüllülük | ||
Virtual könüllülük | ||
Qan donorluğu | ||
Digər | ||
8 | “Tələbə Təşəbbüsü” Qrantı | Tələbə Gənclər Təşkilatlarının təşəbbüsləri: |
Tələbə özünüidarəetməsinin inkişafı | ||
Tələbə klublarının inkişafı |
Layihənin müraciət meyarları:
- “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”,“Gənclər Məkanı” qrant istiqamətləri üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən və təqdim olunan layihənin icrası üçün müvafiq bilik, bacarıq, istedadı olan gənclər müraciət edə bilər;
- “Gənc Lider” qrant istiqaməti üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən və daimi fəaliyyəti mövcud olan gənclərin təşəbbüs qruplarının liderləri (rəhbər və təsisçiləri) müraciət edə bilər;
- “Azərbaycan Könüllüsü”qrant istiqaməti üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən və müraciət etdiyi zaman könüllü fəaliyyətinə cəlb olunan və minimum 1 il davamlı könüllü fəaliyyəti təcrübəsi olan gənclər müraciət edə bilər;
- “Tələbə Təşəbbüsü”qrant istiqaməti üzrə Müsabiqənin ümumi meyarlarına cavab verən, ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının müraciət etdiyi zaman səlahiyyətli olan seçkili nümayəndələri (sədr və sədr müavinləri) olan gənclər müraciət edə bilər.
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddətinin 3 ay müəyyən olunması tövsiyə olunur. Layihənin icrasının ən tez başlanma tarixi 1 mart 2024-cü il, layihənin icrasının yekunlaşma tarixi olaraq isə ən geci 1 iyun 2024-cü il olaraq nəzərdə tutulması tövsiyə olunur.
Layihələrin məbləği:
Fond tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 5 000 (beş min) manatdan çox olmamalıdır.
Müsabiqənin müddəti:
- Layihə təklifləri 23 noyabr 2023-cü il tarixindən başlayaraq təqdim edilə bilər.
- Layihə təkliflərinin təqdim edilməsi üçün son tarix 23 dekabr 2023-cü il, saat 18:00-dır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
- Müsabiqədə iştirak etmək üçün gənclər Fondun rəsmi internet saytında (youthfoundation.az) qeydiyyatdan keçməli və saytda əks olunan formaya uyğun olaraq sayt vasitəsi ilə elektron qaydada müraciət etməlidirlər;
- müvafiq meyarlara cavab verən hər bir gənc qrant müsabiqəsi çərçivəsində 1 layihə təqdim etmək hüququna malikdir;
- müraciət edən gənc tərəfindən layihə təklifi müvafiq qaydada əsaslandırılmalıdır (layihənin hədəf və məqsədi, məqsədlərə nail olunması üçün görülməli işlər, gözlənilən nəticələr və digər istənilən məlumatlar aydın və konkret təsvir olunmalıdır);
- layihə təklifi yalnız bu elanda göstərilmiş istiqamət və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir;
- layihə təklifi reallığı əks etdirməli və icrası layihəni təqdim edən gənc tərəfindən mümkün olmalıdır;
- Fond ilə qrant müqaviləsinin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Qrant müsabiqəsinin qalibi olan gənc layihənin rəhbəri olaraq çıxış etməlidir.
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
- müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 6 iyul 2022-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədənkənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır;
- müraciətlərin qiymətləndirilməsi zamanı sosial cəhətdən həssas kateqoriyadan olan, paytaxtdan kənar və kəndlərdə yaşayan, ictimai fəal və könüllü gənclərin layihə təkliflərinə üstünlük verilir;
Aşağıdakı qrant alanların müsabiqədə iştirakına yol verilmir:
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
- Fondun maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Fonda təqdim etməmiş qrant alanlar;
- digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Fond tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz;
- siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Fond tərəfindən maliyyələşdirilmir.
Müraciət üçün: Fondun E-Xidmətlər sistemi
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.