BDU-da elmi seminar: “Kristallar, kvazikristallar və tətbiqi xalq sənəti”
Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda “Kristallar, kvazikristallar və tətbiqi xalq sənəti” mövzusunda elmi seminar keçirilib.
Seminarda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, professor, Dövlət mükafatı laureatı İmaməddin Əmiraslanov mövzu ilə bağlı məruzə edib.
Məruzəçi son onilliklərdə kristalloqrafiya elmi sahəsində olan fundamental elmi kəşflər, bərk maddənin kristal və amorf halından fərqli kvazikristal halı barədə ətraflı məlumat verib. Kvazikristalları kəşf etdiyinə görə israilli alim Dan Şehtmanın 2011-ci ildə kimya üzrə Nobel mükafatına layiq görüldüyünü bildirib, Penrose torları, Monotile (Einstein) anlayışlarının kristalloqrafiya problemlərinin həllində əhəmiyyətini vurğulayıb.
Seminarda xalq sənətində, xususən Şərqin orta əsrlərə aid həndəsi dekorativ naxışlarında kristalloqrafik aspektlərin müqayisəli təhlili aparılıb, “tessellation” stilindəki yeni rəsmlər nümayiş olunub.
Seminarın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.