"Autizmli insanların səsi olaq" adlı tədbir keçirildi
03 aprel 2024-cu il tarixində Azərbaycan İstiqlal Muzeyində Bakixanov İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı, Azərsun holdinq Şhokki Mokki markasının "UAFA Uşaqlara Dəstək' təşkilatının dəstəyi ilə "Autizmli insanların səsi olaq" adlı tədbir keçirildi. Tədbiri İstiqlal muzeyinin direktoru Mirseyibli Sədi müəllim çıxış edərək açıq elan etdi. Dövlətimizin autizimli insanlara dəstəyindən, maarifləndirmə işlərindən və İstiqlal Muzeyində bundan sonra davamlı olaraq autizm maarifləndirmə tədbirlərinin təskil edilməsi yönündə işlər aparalımasından bəhs etdi. Tədbirin idarə olunmasını Bakixanov İnklüziv Təhsil mərkəzinin rəhbəri Səmədova Ayşən xanıma həvalə etdi. Ayşən xanım həm inklüziv təhsil dəstəkləyən tədris mərkəzinin rəhbəri, həm də autizimli övladı olan ana kimi dövlətimizin, 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın autizimli insanlara dəstək və qayğısının daim olduğundan, eləcə də mərkəzlərində autizimli uşaqları fərdi və qrup dərslərə cəlb edərək onların azyaşlı olduğu vaxtlardan sosiallaşmaları, cəmiyyətə öyrənmələri yönündə işlər gördüklərindən bəhs etdi. Bu qədər maarifləndirmə işlərinə baxmayaraq hələ də autizim haqqında məlumatı olmayan şəxlərin olduğunu, ictimai yerlərdə şiddətə məruz qalan, evlərdə qapadılan, qohumarı tərəfindən qəbul edilməyən uşaqların olduğunu və bu gün onların səsini ictimayətə çatdırmaq istədiyini vurğuladı.
Tədbirdə psixoloq, "Mələk" qadınlar qrupunun rəhbəri Gülnar Musayeva , Azərsun Holdinqin Şhokki Mokki Markasının təsisçisi Nəzrin Əliyeva, UAFA təşkilatının valideyn qrupunun rəhbərləri Zəhra Xəlilova, Ülviyyə Mirzəyeva və "Ahəng" psixologiya mərkəzinin psixo-pedaqoqu Zümrüd Xalıqova çıxış etdilər.
Bu uşaqların hər zaman diqqət mərkəzində olduqlarını, onlara və onların timsalında xüsusi qayğıya ehtiyacı olan, əlilliyi olan uşaqlar üçün təhsilin önəmindən bəhs etdilər.
Tədbirin sonunda Şhoki Mokki markaları adından autizmli uşaqlara gətirdikləri hədiyyələri təqdim etdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.