FUTBOL
-------------------
Xames Rodriqes: "Mən şərəf və şanı puldan üstün tutdum"
Madrid "Real"ının sabiq yarımmüdafiəçisi, hazırda Braziliyanın "San-Paulu" klubunda forma geyinən Xames Rodriqes "elçilərinin" çox olmasına rəğmən, yenə də "Kral klubu"na üstünlük verib.
"Məni Fransanın "PSJ" və İngiltərənin "Mançester Siti" klubu öz heyətində görmək istəyirdi. Ancaq mən "Real"da olmaq istədim. Çünki "Real" heçnəylə müqayisə olunmur. Düzdü, başqa klublar mənə daha cəlbedici müqavilələr təklif edirdilər. Ancaq "Real"ın prezidenti Florentino Peres mənə dedi ki, "Sən nə istəyirsən, pul, yoxsa şan-şöhrət?". Mən isə cavabında şan-şöhrət dedim. Belədə o mənə dedi ki, "Deməli məsələ həll edildi". Bununla da mənim qərarım hər kəsə bəlli oldu". - Xames Rodriqes "Mundo Deportivo" nəşrinə açıqlamasında belə deyib.
Qeyd edək ki, kolumbiyalı bu futbolçu 2014-ü ildən 2020-ci ilədək "Real"da top qovub. Bu illər ərzində 125 dəfə meydana çıxan Xames 37 qola və 42 məhsuldar ötürməyə imza atıb. 2020-ci ildə isə azad agent statusu ilə Madrid klubunu tərk edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.