16 yanvar 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Portuqaliya İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır

Portuqaliya İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır

İran Trampın sülh niyyətləri barədə siqnal aldı

İran Trampın sülh niyyətləri barədə siqnal aldı

Ukrayna yeni müdafiə naziri təyin edib

Ukrayna yeni müdafiə naziri təyin edib

Avropa İttifaqı erməni məhbusların Ermənistan tərəfinə keçirilməsini alqışlayır

Avropa İttifaqı erməni məhbusların Ermənistan tərəfinə keçirilməsini alqışlayır

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

Çimərlikdə üzərində təhdid mesajları olan beş kəsilmiş baş tapılıb

Çimərlikdə üzərində təhdid mesajları olan beş kəsilmiş baş tapılıb

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Rafiq Yusifoğlu: İsmayıl Şıxlının tələbəsinə- mənə yazdığı məktub

1 il əvvəl 886 01

Rafiq Yusifoğlu:

İsmayıl Şıxlının tələbəsinə- mənə yazdığı məktub

Sevimlı müəllimim İsmayıl Şıxlının 1967-ci ildə öz tələbəsinə - mənə yazdığı məktub…

Ruhun şad olsun, ustad!

Ираде Елифова:

Dəyər veririk, yüksək qiymətləndirir, əziz ruhunu hörmətlə yad edirik, unudulmaz İsmayıl Şıxlının.

Sizə də Allahın verdiyi ömür payını sağlam və mənalı yaşamağınızı arzulayırıq hörmətli Rafiq Yusifoglu .

İnsana həyatda yalnız xoş xatirələr və xoş əməllərlə tarixdə təmiz ad qalır.

Elxan Ağayev:

İSMAYIL ŞIXLI haqqında bir xatirəcik

50-ci illərin ikinci yarısında Kazımabad yeddiillik məktəbinin balaca kitabxanasında bir-iki səhifəsini oxuduğum kitab mənə maraqlı və şirin gəldi. Kitabın üz qabığı və arxadan sonluğu yox idi. Adı və müəllifi də bilinmirdi. O vaxtlar Ənvər Məmmədxanlı və İlyas Əfəndiyevin hekayələrini çox sevirdim. Niyə? Bilmirdim.

Adını, müəllifini bilmədiyim, tamamlanmayan bu əsəri oxuduqdan sonra yuxarıdakı müəlliflərdən birinə aid olduğuna tam əmin idim.

Göytəpədə 8-ci sinifdə oxuyarkən çox mütaliəçi olan Səbzəgül adlı sinif yoldaşıma məzmunu danışanda o bu əsərin İsmayıl Şıxlının ,,Ayrılan yollar" povesti olduğunu söylədi (povestlərin romanlaşması sonralar baş verdi). Bənövşəyi cildli bu kitabı tapıb sonluğunu oxudum.

...İsmayıl müəllim birinci dəfə auditoriyaya girəndə heyrətdə idim. Bilirsiniz, kənd uşağının canlı yazıçı ilə üzləşməsinin necə hiss olduğunu, güman edirəm ki, keçirmisiniz. Adam bu tanınmışlara qeyri-adi zirvə kimi baxır.

O, əzəmətli, həm də yaraşıqlı bir kişi idi. Hündür boy, enli kürək, dolu sifət, iri gözlər, arxaya daranmış səliqəli saçlar! Bizim yanımızda dağa bənzəyirdi. Hələ gözlərindəki dərinliyi demirəm! Aramla və sakit səslə danışardı. Onun səsini ucaltdığını görmədik. Rəvan və dəqiq nitqi vardı.

Savadı, elmi haqqında danışmaq mənim işim deyil. Ondan dərs alanlar bunu yaxşı bilirlər.

İş elə gətirdi ki, 1-ci semestrdə ilk zaçotumuz xarici ədəbiyyatdan-İsmayıl müəllimin fənnindən idi. Söz yox, yuxarı kurs tələbələri zaçotun mahiyyəti haqqında məlumat versələr də, ilk verəcəyimiz bu zaçota görə həyəcanlı idik.

İndiki kimi yadımdadır, həftənin beşinci günü idi.

Əlifba sırasına görə adım ikinci idi. Lakin sonralar olacağı kimi, indi də birinci cavab verməli oldum. Sual yazdırmadı.Sakitcə soruşdu :

-Verdiyim siyahıdakı əsərləri oxuyubsanmı?

-Latın qrafikası ilə olan ,,Qırmızı və Qara", ,,Gözəgörünməz adam", ,,Paris Notrdam kilsəsi" əsərlərini, bir də V. Şekspirin ,,Şıltaq qızın yumşalması" əsərini oxumamışam. Qalanların hamısını oxumuşam.

-Zaçot yazmıram. Həftənin birinci gününə kimi Şekspiri oxuyub gələrsən.

Öldüm də! Vay dədə! İlk zaçotu verə bilmədim! Görəsən, taleyim necə olacaq? Əslində, qorxulu heç nə baş verməyibmiş! Sadəcə, biz yola bələd deyildik.

Bütün qrup qorxdu. Kimdən soruşdusa, dedi ki, hamısını oxumuşam. Heç kəs gözü çıxan mən qardaş kim olmaq istəmədi.

Rəhmətlik əsərlərdən suallar verir, cavab almayanda sakit-sakit deyirdi : ,,Qızım(oğlum), yadına sal, bəlkə, oxumamısan? Oxuyub gələrsən".

Yox e, kimə deyirsən?

Zaçot yazırdı.

Elə bilməyin ki, hamı belə edirdi. Qrupumuzda yaxşı oxuyan uşaqlar da çox idi.

Məndən başqa, hamının zaçot kitabçasına ,,məqbul" yazıldı.

Mənim halımı təsəvvür edin; ilk zaçot ola və səndən başqa hamı ,,məqbul" ala!

Şekspiri oxuyub həftənin birinci günü kafedraya getdim. Qapıdan içəri boylandım və məni görən kimi əli ilə çağırdı. Heç nə soruşmadan və bir söz demədən zaçot kitabçamı istədi və alıb ,,məqbul" yazdı. Sakit səslə dedi:,,Sən hamıdan çox oxumuşdun! Düz danışdığına görə sağ ol! İmtahan vərəqinə ,,məqbul" yazmışam. Get, imtahanlarına hazırlaş!" Təşəkkürümü bildirib çıxanda bir də adımı soruşdu. Dedim.

Növbəti semestrdə bizə Həyatzadə dərs dedi.

4-cü kursda oxuyarkən tarix-filologiyanın son buraxılışı olacağından yanvar ayından filologiya fakültəsinə Afad müəllim(Qurbanov) dekan təyin olundu. Mart ayında prof. Dəmirçizadənin dərsindən qaçan 40 nəfərin içindən cəzalandırılmaq üçün 7 nəfər seçildi. Əslində, günah özümdə oldu. Dəmirçizadənin narazılığından sonra Afad müəllim ,,potok"a gəldi. Qaçanlardan səbəbini soruşmağa başladı. ,,A" qrupunda məndən başladı. Söz tapa bilmədim, ,,üzrsüzdür" dedim. Elə zənn etdi ki, onu dolayıram. Məndən başqa, 7 xanımı da seçib dekanlığa gətirdi.,,Gedin, sənəd gətirməyincə sizi dərsə buraxmayacağam". Qızlar getdi. Dedim : ,,Axı üzürsüzlüyə hardan kağız alım?" Məni otaqdan çıxartdı. Hər gün dekanlığa gəlir, dərsdə oturmağa icazə istəyir, rədd cavabı alırdım. Artıq əsəbdən boğulurdum. Dekanlığa girib ürəyimi boşaltdım. Afad müəllimi bürokratlıqda, duyğusuzluqda, qeyri-humanistlikdə təqsirləndirən bir təntənəli nitq söylədim. Daha bezmişdim. Nə ola-ola! İsmayıl müəllim də içəridə idi. Allah bilir, o orda olmasa idi, mənim taleyim necə olacaqdı! Ayağa durub yanıma gəldi, əlini çiynimə qoyub Afad müəllimə dedi :

,,Elxan(adım yadında qalıbmış) yaxşı tələbədir. Düz danışmağının cəzasını niyə çəksin ki?"

Sonra çiynimə yavaşca toxunub Afad müəllimin qərarını gözləmədən dedi : ,,Get dərsə!"

Məni ağlamaq tutdu və Afad müəllimə baxdım. O da başı ilə təsdiq etdi. Hər ikisinə ,,Sağ olun!" deyib 5 günlük fasilədən sonra məşğələlərə qatıldım.

Mən tam əminəm ki, İsmayıl müəllimin həyatında oxşar hallar çox olub. Hətta onun insanpərvərliyi, tələbələrə gizli maddi dəstəyi haqqında söhbətlər də tələbələr arasında danışılırdı. Nə dərəcədə düzdür, deyə bilmərəm.

Belə adamlara bir ifadə yaraşır : əsl kişi!

12.08. 2021.

Rafiq Yusifoglu:

Ruhu şad olsun! Gözəl insan idi. Qismət elə gətirdi ki, bizim qrupa dörd il dərs dedi. Yazıçılar İttifaqına üzvlük vəsiqəmdə də onun imzası var… Ruhu şad olsun!

Siz də sağ olun, Elxan müəllim. Maraqlı xatirədi…

QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

John Doe 21 saat əvvəl

“31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il”ə həsr olunmuş musiqili-əyləncəli tamaşa keçirilib +FOTO=66

“31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il”ə həsr olunmuş musiqili-əyləncəli tamaşa keçirilib +FOTO=66

John Doe 2 həftə əvvəl

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=46

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=46

John Doe 2 həftə əvvəl

Fransa 2026-cı ildə keçiriləcək "Uşaq Avroviziya Mahnı Müsabiqəsi"nə ev sahibliyi etməkdən imtina edib

Fransa 2026-cı ildə keçiriləcək "Uşaq Avroviziya Mahnı Müsabiqəsi"nə ev sahibliyi etməkdən imtina edib

John Doe 3 həftə əvvəl

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=48

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=48

John Doe 3 həftə əvvəl

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub +FOTO=52

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub +FOTO=52

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62

İlham Əliyev 2025-ci ilin idman yekunlar...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
• Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar +FOTO=11}

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəs...

9 dekabr 2025 14:59:03
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com