24 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İran prezidenti qonşu ölkələrə müraciət edib

İran prezidenti qonşu ölkələrə müraciət edib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Dilarə Hüseynova: Özünü kişi tək,kobud aparan qadınlar...

2 il əvvəl 611 01

Dilarə Hüseynova: Özünü kişi tək,kobud aparan qadınlar rəğbət doğurmadığı kimi, nərmə-nazik, cəsarətdən uzaq, qətiyyətsiz kişilər də arzuolunmazdır

Bir dəfə atamdan (jurnalist Zahir Əmənovdan) soruşdum ki, bu günki ictimai mühitimizdə kimdən nümunə götürsəm yaxşıdır?

Atam azca düşünüb, sonra bir neçə qadının, o cümlədən Dilarə Hüseynovanın adına çəkdi. “Niyə?”sini soruşanda, “gedib müsahibə alarsan, verdiyin sualın da cavabın orada taparsan”-dedi. Necə deyərlər, ata sözünün işığı ilə gəldim Dilarə xanımın ünvanına.

Dilarə xanım haqqında qısa məlumat.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İlk iş yeri əvvəl təhsil aldığı “Dəfinə” Iiseyiolub. Hazırda Masallıda Dövlət Regional Kollecində direktor müavini   işləyir

Öncə Dilarə xanıma görüşdə atamla etdiyim “Nümunə” söhbətini xatırlatdım. Dilarə xanım bir qədər gülümsəyib dedi:- Dəyər verdiyi üçün sağ olsun. Əslində Zahir müəllim özü də bir nümunədir. Onun...

- Xahiş edirəm, tərifləməyin. Onsuz da son anda yazı onun “süzgəc”indənkeçəcək və o, tərifli sözləri qayçılayacaq.

- Elə isə, xahiş edin ki, heç olmasa “nümunə” söhbətin çıxmasın.

Bu başlanğıcdan sonra  Dilarə xanımla söhbətləşə-söhbətləşə başladıq “Qadın dünyasına” səyahətə.

Dilarə xanım, öncə qarşıdan gələn Beynəlxalq Qadınlar Bayramınız mübarək.

-Təşəkkür edirəm.

- Yəqin ki, bu vaxta qədər onlarla qadınlar  bayramı ilə qarşılamısınız, çoxlu təbriklər eşitmişiniz. Həmin təbriklərdən sizin üçün ən yadda qalan, özəlliyi ilə seçilən təbrik hansı olub?

-Mənim üçün unudulmayan və unudulmayacaq təbrik hər bayramda rəhmətlik atamın etdiyi təbrikləri olub. İndi dünyada olmasa da, hər bayramda elə bilirəm indi qapını açıb  nəvazişlə ... (Kövrəlir). İndi isə xatirələrlə ovunmaqməcburiyyətindəyəm.

Sizcə, bu günün ‘’yaxşı qızı’’kimdir?

Bütün insanların  müsbət və mənfi keyfiyyətləri olanlar var. İnsan böyüdükcə xarakteri formalaşır  və zamanla “yaxşı “və “pis” xasiyyətləriortaya çıxır. Təbii ki, sualın dəqiq riyazi düsturu yoxdur. Hər zamanın zamana görə öz ölçüləri olur. Dünən ən ideal olan bu gün gülməli və mənasız görünə bilər. Məncə bu günün “yaxşı qızı” gözəl adət-ənənələrimizi müasirliklə qovuşdurmağı bacaranlardır.

Bütün hallarda bu gün ki qızlar sabahın anasıdır. Ona görə hansı savada nail olsa da, hansı mərtəbəyə yüksəlsə də, hətta zəngin imkanlara sahib olsa da qadın adını uca tutmağı, nəcibliyini, ailəyə sonsuz sədaqətini qorumağı, xəyanətdən, riyadan, şöhrətpərəstlikdən uzaq olmağı bacarmalıdır.

Zaman dəyişir, nəsillər yeniləşir. Ən azı yaxın 10-15 illə müqayisədə gəlin- qaynana münasibətlərində nələr dəyişdi?

Bu günün gəlini evin güncündəki“süpürgə” deyil. Onun zaman, ailə haqqında  özünəməxsus düşüncələri, bəzilərinin hətta daha geniş maddi imkanları var.

İndi tələblər çoxalıb. Hər iki tərəf üçün azadlıq və sərbəstlik imkanları yaranıb.Düşünürəm ki, nəticəyə gəlməmişdənqabaq hər iki tərəf səbirlə davranmalıdır. Birinin əziz övladı şirin və işıqlı arzuları ilə sənin ocağındadır, onu  öz övladın kimi qəbul edərək böyüklük göstərməlisən. Qız da, düşünməlidir ki, bura onun hər nazı ilə oynayan ata ocağı deyil.

Sizin vaxtı ilə təşkil etdiyiniz“Qaynana-gəlin- gənc qızlar”görüşləri çox maraqlı və dəyərli idi. Qısası, bütün tərəflərin əsas hədəfi bir-birini başa düşmək, qızıl mərkəzi tapıb, yeri gələndə bir-birinə güzəşt etməyi bacarmaqdır. Bu işdə həm qız, həm oğlan anasının müstəsna rolu var.

Sizcə bizim qadınlar-qızlar hər yerdə öz varlığını, istedadını təsdiq etmək gücündədir? Yaxud öz ailəsinə, ya da özlərinə qapanmağa üstünlük verirlər?

- Sizin cenub.az saytının da bu günlərdə Masallı qadınları haqqında paylaşdığı yazılarda aydın göründü ki, nəinki rayonumuzda, ölkəmizdə, eləcə də dünyanın ən inkişaf etmiş ölkələrində doğma yurdunu ləyaqətlə təmsil edən onlarla qadınlarımız, qızlarımız var.Buna görə istedadlı qızlarımızıçərçivələrə salmaq yox, onlara meydan vermək lazımdır. Kəndbəkənd istedadlı qızlar axtarılmalı, onlara dayaq durulmalıdır.

Günümüzdə isə qadınların fəallığı xeyliartıb. Bu gün təhsildə, səhiyyədə, idmanda, polisdə, hətta hərbidə sözünü deyən qadınlarımız var.

Valideynlərin, xüsusilə ataların düşüncəsinin qızların taleyində xüsusi yeri var. Hələ ata evində qızlarda özünə inamı formalaşdırıbhəyata buraxsaq, o hər yerdə özünün haqlarını müdafiə etməyi bacaracaq.

Düşüncələr formalaşana qədər nəzarət güclü olmalıdır. Çünki təhlükənin haradan gəldiyini bilmək olmur. Valideyn cəmiyyət üçün sağlam ruhlu vətəndaş yetişdirəndə cəmiyyət də qazanır, valideyn də.

İndi ən həssas nöqtə az yaşda ərə gedib, 30-32 yaşda qızındanfərqlənməyən qaynana olan qızlardı. Yəni, “qızlıq məktəbin” keçmədən, “qaynanalıq məktəbi”nə qəbul olunanlar var.

Bu gün “nə deyərlər?’’çərçivəsi yenə həmin gücdədir?

Dünənlə müqayisədə bu gün “nə deyərlər?“ eyni gücdə deyil. Dünən qəbul edilməyən hallar bu gün müəyyən mənada normal qarşılanır. Azadlıq düşüncəsini yanlış anlamamalıyıq. Biz həyatımızı tək yaşamırıq. Əlbəttə ki, yaşayarkən çevrəmizi düşünürük. Müəyyən mənada mühitə uyğun “olar” və “olmaz”ları tərəzidə ölçürük. Əgər mənəvi dəyərlərlə və insani keyfiyyətlərlə yaşayıb örnək olacaq ömür sürsən, sənin üçün “nə deyərlər ’’olmayacaq.

Risq etməyi xoşlayırsınız?

-Çox xoşlayıram və risklərdən əksər vaxtlarda  qalib çıxıram. Ümumiyyətlə, xarakter olaraq  məqsədli və iddialı olmağı sevirəm. Bir etirafı edim, mən 3-ci sinifdə oxuyanda  sinfin ən zəif şagirdi idim. Müəllim məndən dərs soruşdu və mən dərsə hazır deyildim Qızların biri mənim üçün “o qız heç nə bilmir”deyib güldü, uşaq  olsam da, o söz mənə o qədər ağır gəldi və o mənim həyatımda sonuncu zəif nəticə oldu. Əlbəttə ki, sonralar bu mənim yadıma düşəndə gülürdüm, amma o qıza həmişə “sağ ol” deyirdim.

Tələbələrin neçə faizi mütaliə edir?

-Bu suala təəssüf hissi ilə cavab verəcəyəm ki, çox heyf azı. Mütaliə  edən gənclərimiz xeyli seyrəlib.Oxuyanlar da ciddi kitablara az meyillidir. Kitaba maraq azalıb.Onlar asudə vaxtlarının çox hissəsinisosial şəbəkələrdə keçirirlər. Üzərində işləməyin, öyrənməyin və yeri gəldikdə öyrətməyin yaşı yoxdur.Çalışdığım bu illər ərzində tələbələr arasında çox müşahidə aparmışam. Nəzarətin ən çox olması gənclərin ən həssas yaşlarında əhatəmizdə olur. Çoxları valideyn nəzarətindən uzaq, yeni mühit, yeni tanışlıqlar ağuşuna düşür.

Elə tələbələr olur ki, pillə-pillə gözümüzün qabağında sözün yaxşı mənasında inkişaf edir, böyüyür, onları hər hansı idarə və müəssisələrdə müəyyən mövqedə görmək isə insana ruh verir. Biz  həyatının kiçik bir kəsiyində onlarla oluruq, bu dönəmdə isə onları yanlışlıqdan qorumaq üçün bütün gücümüzü sərf edirik. Etiraf edim ki, bəzən bu asan olmur.

Masallıda hansı qadın təşkilatları ilə çalışırsınız?

- Demək olar ki, hamısı ilə. Heyf ki, hələ ki, bu gün lider, əksər qadınların maraqlarını tam birləşdirən aparıcı qadın təşkilatı üfüqdə görünmür.

Əlinizdə  daha böyük səlahiyyət olsa idi, indiki reallıqlar çərçivəsində nəyi dəyişərdiniz?

-Sosial şəbəkələrə müəyyən qadağalar qoyardım. Bütün sosial platformalarda reytinq xətrinə mentaldəyərlərə, soy kökümüzə, gəncliyimizə zərbə olan paylaşımların əngəllənməsiniistəyərdim. Hamımız şahidi oluruq, bəzən söyüş, təhqir,  mənəviyyatımıza zidd olan görüntülər paylaşılır

Hansı qadınlar sizə nümunədir?

-Azərbaycanda nümunə olacaq qadınlar çoxdur. Əslində bu ayrıca mövzudur. Çünki kimin nümunə olduğunu deməklə yanaşı, gərək onun niyə nümunə olduğunu da açıqlayasan.

Ümumiyyətlə düşünürəm ki, biz həyatımızı elə yaşamalıyıq  ki, verilən səlahiyyətdən elə istifadə etməliyik ki, biz olmayanda da hörmətlə anılaq .Heç kim nə vəzifəsində, nə mövqeyində, nə dəhəyatda əbədi deyil.

Deyirlər qadına vəzifə veriləndə maddi cəhətdən qazanır. Bəs nədə itirir ?

-İstər qadın, istər kişi hansı vəzifədə işləməyindən asılı olmayaraq, əgər onda  ilk öncə mənəvi dəyərlərsadiqdirsə, o zaman heç nə itirmir. İtirməyə meyilli olanlar isə  artıq vəzifəyə qədər itirir zatən.

“Deyirlər qadın evdən çıxdı kişidir” -fikrinə münasibətiniz?

Düşünmürəm ki, bunu hamıya şamil etmək olar. Burda fərqli baxış bucaqları olur. Bəzən ailə yükünü tək başına çəkən qadınlar, qayğıların ağırlığından, həyatın çətinliyindənyorulur, tükənir. Üzərlərinə aldıqları məcburi “kişi əməkləri”ndənqadınlığı, zərifliyi yaddan çıxarıb kişi cildinə girir. Amma hər qadın arxasında güclü kişi qayğısını istəyir. 100 qadını dinlə, hərə bir tale yaşayır, bir cür həyat yolu keçir və həyat dənizi hərəni bir sahilə atır, kimi daha möhkəm dayanır, kimi isə əzilir. Qalib gələnin mükafatlarından biri də “kişi kimi qadın”deyimi olur.

Kişi qeyrətli qadınlara böyük rəğbətim var.

Özünü  kişi kimi aparmaq istəyən qadınlara münasibətiniz?

”Özünü kişi kimi aparmaq” və “kişi kimi qadın”. Bunlar fərqli nüanslardı. Dediyim kimi, bəzən həyat özü səni məcbur edir ki, kənardan kişi kimi görünəsən, amma özünü görsəniş xətrinə kişi kimi aparan qadınlar da var. Təəssüf...

Qadına özünü kişi kimi aparmaq yaraşmır. Qadınlarımıza incə ruh, zəriflik, qayğıkeş analıq yaraşır. Qadın zərif, amma zəif olmayan, yeri gəldikdə isə özünü, əzizini, millətini, torpağını qorumaq üçün silaha sarıla bilməli və ömrü alnı açıq yaşamalıdır.Eləcə də nərmə-nazik kişilər də  arzuolunmazdır. Kişi nə qədər mədəni, hətta savadlı, rütbəli olsa da cəsarəti, qətiyyəti olmayan kişi əsl ucalıqda yer tuta bilməz.

Nələri özünüzə bağışlamırsınız?

Məncə, iki xarakreri olan insan daha rahat yaşayır.

Biri səhfini anladığı anda üzr istəməyibacaranda, bir də böyüklük edibbağışlamağı bacaranda. Vay o gündən ki,  səhvini bilsə də dostundan üzr istəməyi özünə ar bilə, ”burnu düşsə əyilib götürməz” misali. Və bir dədərd odur ki, kin-küdurətdən qəlbi paslana, bağışlamağı bacarmaya.

Etmək istədiyiniz, edə bilmədiyinizdnələr var?

İstedadı olan, talantı olan, savadı  və arzusu olan, amma oxumaq imkanı olmayan uşaqların arzularına çatması yolunda işlər görərdim. Bəlkə bir xeyriyyə cəmiyyəti, hər hansı bir birlik yaradardım.

Bir də əlimdə imkan olsa idi, istəməzdim ki, haradasa  müharibə olsun, insanlar ölsün.

Beləcə, Dilarə xanımın söhbətindən doymasaq da, onunla sağollaşdıq.

Yolboyu isə dilimin ucunda ancaq busözləri təkrarlayırdım —Nə gözəldir nümunə olmaq- həm sözünlə, həmrəftarınla, həm əməlinlə.

Cenub.az üçün. Fidan Abbaslı. “Ümidim sənsən” İB-nin sədri.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist vəfat edib

John Doe 3 gün əvvəl

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

John Doe 5 gün əvvəl

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

John Doe 6 gün əvvəl

Kitabxananın oxucuları müsabiqə qalibləri oldular

Kitabxananın oxucuları müsabiqə qalibləri oldular

John Doe 1 həftə əvvəl

İki qərinənin söz tablosu

İki qərinənin söz tablosu

John Doe 1 həftə əvvəl

Kitablar səltənətinin incisi: “Yeddi gözəl”

Kitablar səltənətinin incisi: “Yeddi gözəl”

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com