Ləman Ələşrəfqızı:
İynənin ucu qədər dəyişməmişik...
Getdim səs verdim. Üzümdəki təbəssüm məmnunluqdan da ola bilərdi. Amma imkan vermirlər ki...Əsəbdən gülürəm. Nəsimi 1 saylı seçki məntəqəsində səs verirəm. Baxıram ki, heç kimin barmağına zad eləyən yoxdu. Deyirəm hanı ultrabənövşəyi lampanız? Dedilər budur. Amma...ha eşələdilər işıqlandırmır. Batareyası bitib dedilər. Getdilər yenisini gətirməyə. Bu arada xeyli adam səsverməyə gəldi. Hamı da gileylənir ki, nə yatmısız orada?Nəhayət, ultrabənövşəyi lampa da tapıldı. Girib səs verdim Çıxanda şəkil çəkdirirəm. Bir əsəb də burda yaşadım. Müəllimənin biri gəlib deyir ki, kameralar çəkir, şəkil çəkdirmək olmaz. Dedim kameralar ultrabənövşəyi lampanı çəksin. Belə bir ultraqırmızı cavabla çıxdım.
Heş zad. 3 il qabaqkı xatirələrim yadıma düşdü. İynənin ucu qədər dəyişməmişik.
P.S. Məzahir Pənahov burda olsaydı tag edərdik.
Azər Cəbhəci:
Məntəqənin qabağında bir yaşlı kişidən soruşdum ki, səs veribsənmi,dedi əlimə tüpürdülər birazdan səs verəcəm.
Müşfiq Qədirov:
Bizdə ultrabənövşəyi lampa əla işləyirdi, hətta seçkiyə gedənlər üçün karusel də təşkil etmişdilər, sağolsunlar.
Bircə problem kənddə işıqların tez tez sönməsidir, o da yəqin inkişafımıza kölgə salmaq istəyənlərin işləridir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.