Azərbaycan Paris Dəbilqəsində 8-ci olub
2-4 fevral günlərində Fransanın paytaxtı Parisdə cüdo üzrə ilin ilk "Böyük Dəbilqə" turniri keçirilib. Üç gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla 107 ölkədən 621 (365 kişi, 256 qadın) tatami ustası medallar uğrunda mübarizə aparıb. Turnirə 9 kişi cüdoçu ilə qatılan Azərbaycan komandası çıxışını iki gümüş medalla başa vurub. Bu isə komandamıza medal sıralamasında Fransa (6-1-5), Yaponiya (3-2-3), Almaniya (2-0-0), Türkiyə (1-1-0), Kosovo (1-0-1), Belçika (1-0-0) və Koreya Recpublikasindan sonra (0-2-0) 8-ci yeri tutmaq imkanı verib. Bu sıralamada Azərbaycan İspaniya (0-1-4), Kanada (0-1-2), İtaliya (0-1-1), Xorvatiya (0-1-1), Britaniya (0-1-1), Gürcüstan (0-1-0), Özbəkistan (0-0-3), Monqolustan (0-0-1), Qazaxıstan (0-0-1), İzrail (0-0-1) və sair ölkələri geridə qoyub.
Xatırladaq ki, Azərbaycan komandasının aktivinə yazılan gümüşləri yalnız həlledici finalda büdrəyən Zəlim Tskayev (81 kq) və Elcan Hacıyev (90 kq) qazanıb.
Yeri gəlmişkən, növbəti analoji yarış 16-18 fevral günlərində Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.