Səid Mollai Portuqaliya Qran-Prisində bürünc qazanıb
Portuqaliyanın Odivelas şəhərində kişi və qadın cüdoçular arasında keçirilən və Azərbaycan idmançılarının da qatıldığı reytinq xarakterli Qran-Pri davam edir. Qeyd edək ki, start günü 9 idmançı ilə tatamiyə çıxıb 3 medal qazanan Azərbaycan yığması ikinci gün 3 cüdoçu ilə təmsil olunub ki, onlardan da biri üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb. Söhbət 81 kq-da çıxış edən Səid Mollaidən gedir. Qeyd edək ki, ilk mərhələdə sərbəst olan təmsilçimiz bunun ardından Puerto-Rika və İspaniya təmsilçisini məğlub edərək 1/4 finala yuksəlib. Lakin burada yaponiyalı Yaşıto Xocaya uduzaraq bürünc medal uğrunda özbəkistanli Nurbek Murtuzoyevlə güləşib. Bu görüşdə qalib gələn Mollai bürünc medala sahib çıxıb.
Lakin Mollaidən fərqli olaraq, onunla eyni gündə tatamiyə çıxan digər cüdoşularımızdan Rəşid Məmmədəliyev (73 kq) startda, eyni çəkidə güləşən Nurlan Osmanovsa ikinci görüşdə məğlub olaraq, mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, turnirin ilk günü təmsilçilərimizdən Yaşar Nəcəfov (66 kq) gümüş, Turan Bayramovla (60 kq) Kamran Süleymanov (66 kq) isə üçüncü yeri tutmaqla bürünc medal qazanıb.
Turnirə yanvarın 28-də yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.