Braziliyalı "Həvəsiş" Kilian Mbappe haqqında danışıb
Madrid "Real"inin Braziliyadan olan Sabiq forvardi, "həvədiş" ləqəbli Ronaldo "PSJ"-nin 25 yaşlı hücumçusu Kilian Mbappenin "Kral klubu"-na keçidinin mümkünlüyündən danışıb.
"Bəli, "Real" klubu həmişə dünyanın ən yaxşı futbolçuları ilə müqavilə bağlayıb. Artıq neçə illərdi ki, klubun belə bir fəlsəfəsi var. Bunu biz indi də görürük. Belə ki, "Kral klubu" hazırda Kilian Mbappeni düşərgəsinə gətirmək istəyir. Ancaq bu balaca operanın nə ilə bitəcəyini deyə bilmərəm. Bildiyim odur ki, "Real" bu məqsədə doqru çox möhkəm dartınır" - Ronaldo belə deyib.
Xatırladaq ki, Mbappenin 2022-ci ilin yayında "PSJ"-lə müqaviləsi bitəndə onun "Real"a keçmək şansı var idi. Lakin o, gözlənilmədən klubla müqaviləni 2024-cu ilin iyun ayına qədər uzadıb. Odur ki, o müqaviləni yenidən uzatmasa, onda bu ilin yayında azad agent statusu ilə klubu tərk edə biləcək.
Yeri gəlmişkən, "Transfermarkt" portalının 180 milyon avro civarında dəyərləndirdiyi Mbappe cari mövsümdə meydana çıxdıqi 26 oyunda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.