"Murov Az Terminal" "Gəncə"ni, MAA isə UNEC-i sınağa çəkəcək
Bu gün qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasinda 10-cu turun iki oyunu keçiriləcək. Tura Bakı Voleybol Mərkəzində "Murov Az terminal"-"Gəncə" (saat 17:00) qarşılaşması ilə start veriləcək. Mütəxəssislərin rəyinə görə, qarşılaşmanın favoriti olan "Murov Az Terminal" qalib gəlməklə liderliyi ələ ala bilər.
Günün və turun ikinci oyunu UNEC-in idman arenasında eyni adlı klubla "Milli Aviasiya Akademiyası" (saat 18:00) arasında olacaq.
Tura yanvarın 25-də "Azərreyl"-"Abşeron" matçı ilə yekun vurulacaq. Həmin oyun saat 18:00:da Bakı Voleybol Mərkəzində başlanacaq.
Qadınların çempionatının turnir cədvəlində vəziyyət belədir:
Azərreyl - 22 xal, Abşeron, Murov Az Terminal - hərəyə 20 xal, Gəncə - 13 xal, MAA - 6 xal, UNEC - 0 xal.
Yeri gəlmişkən, yanvarın 24-də isə kişilərin analoji yarısında "Murov Az Terminal" klubu MOİK-i sınağa çəkəcək. Qarşılama saat 16:00-da birincinin Biləcəridə yerləşən eyniadlı zalında başlanacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.