16 yanvar 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Portuqaliya İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır

Portuqaliya İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır

İran Trampın sülh niyyətləri barədə siqnal aldı

İran Trampın sülh niyyətləri barədə siqnal aldı

Ukrayna yeni müdafiə naziri təyin edib

Ukrayna yeni müdafiə naziri təyin edib

Avropa İttifaqı erməni məhbusların Ermənistan tərəfinə keçirilməsini alqışlayır

Avropa İttifaqı erməni məhbusların Ermənistan tərəfinə keçirilməsini alqışlayır

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

Çimərlikdə üzərində təhdid mesajları olan beş kəsilmiş baş tapılıb

Çimərlikdə üzərində təhdid mesajları olan beş kəsilmiş baş tapılıb

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Ziyadxan Əliyev: SİRUS MİRZƏZADƏ – 80

1 il əvvəl 511 01

Ziyadxan Əliyev:

SİRUS MİRZƏZADƏ – 80

ƏZİZ DOSTLAR! BU GÜN AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNİN İNKİŞAFINDA MÜSTƏSNA XİDMƏTLƏRİ OLAN XALQ QƏSSAMI, PROFESSOR SİRUS MİRZƏZADƏNİN (1944) DOĞUM GÜNÜDÜR. 80 İLLİK YUBİLEYİ MÜNASİBƏTLƏ ONU ÜRƏKDƏN TƏBRİK EDİR, MÖHKƏM CAN SAĞLIĞI VƏ YARADICILIQ UĞURLARI ARZULAYIRIQ!!!

“Miniatür üslubuna müasirlik bəxş edən sənətkar”

Bakıda və Moskvada ixtisas təhsili aldıqdan sonra – ötən yüzilliyin yetmişinci illərində müstəqil yaradıcılığa başlayan Xalq rəssamı Sirus Mirzəzadənin (1944) təsviri sənətin müxtəlif sahələrində öz yaradıcı potensialını reallaşdırmağa çalışması, həm də milli bədii məkanda hələ də yüksəlişini sərgiləyən “altmışıncı illər” nəslinin təmsilçiləri ilə rəqabətdə geri qalmamaq istəyindən qaynaqlanırdı, desək, yanılmarıq. Etiraf edək ki, həm onun, həm də digər həmyaşıdlarının müstəqil yaradıcılığının başlanğıcının məhz sovet dövrü incəsənətimizin çiçəklənmə dövrünə təsadüfi etməsi, zaman etibarilə nə qədər təsadüfi idisə, ancaq onların kifayət qədər “güclü rəqblər”lə əhatələnmələri bəlkə də onların yaradıcılığının inkişafına müsbət təsir göstərən “alın yazısı” idi. Bu gün həmin nəslin əksəriyyətinin müasir Azərbaycan təsviri sənətinin mənəvi yükünü ləyaqətlə daşımaları da zamanında baş tutan nəsillərin bədii “qarşıdurması”nın uğurlu və qürurdoğurucu nəticəsi saymaq olar...

Həmin illər ərzində keçirilən müxtəlif sərgilər yaradılan sənət nümunələri üçün sözün əsl mənasında, baxış və sınaq meydanına çevrilmişdi. Müxtəlif “izm”lərə çəkilən nəzirələrin çoxluq təşkil etdiyi həmin dövrdə öz yaradıcı potensialını fərdi və fərqli estetik tutumda sərgiləyən gənclərin sırasında Sirus Mirzəzadənin xüsusilə seçilməsi danılmaz idi. Belə ki, əksər həmyaşıdlarının ilham mənbəyini Avropada axtardıqları bir zamanda, o, öz yaradıcılığında daha çox qədim sələflərinin qoyub getdikləri milli bədii irsə yaradıcı münasibət göstərməkdə, müxtəlif mövzulu və janrlı əsərlərində ənənəni özünəməxsus bədii-estetik çalarlarla zənginləşdirməkdə idi.

Onun “Növbəyə” (1976), “Sakitlik” (1976), “Emalatxanada” (1976) və s. əsərlərində müşahidə olunan lirik-romantik çalarların həm də “sərt üslub”un estetikasından qaynaqlanması görünsə də, bütünlükdə rəngkarlığımıza gördüklərinə yeni bədii münasibət ifadə edən bir yaradıcının gəldiyindən xəbər verirdi...

1980-ci illərə təsadüf edən növbəti onillikdə yaradıcı rəqabətin daha da gərginləşməsini müşahidə etmək mümkün idi. Bunu Azərbaycan təsviri sənətinin mənəvi yükünü daşıyan və yaradıcılığı ilə şöhrət qazanmış fırça və tişə ustalarının milli dəyərlərə söykənən əsərlər yaratmaq ənənəsini uğurla davam etdirmək gücünə malik gənclərin artması şərtləndirmişdi...

Əslində, keçmiş sovet məkanı üçün kifayət qədər təzadlı hadisələrlə zəngin olan səksəninci illər incəsənətin bütün sahələrinə təsir göstərmişdi. Çox vaxt zaman distansiyasından arxada qalan iki qərinəlik dövrün “durğunluq illəri” hesab olunmasında, nəzərdən keçirdiyimiz onillikdə baş verənlərin “yenidənqurma” kimi dəyərləndirilməsində müəyyən subyektivlik mövcuddur. Hər halda, zamanında cəmiyyətin yaşadığı müxtəlif məzmunlu olayların mövcud siyasi sistemin çöküşünə xidmət etdiyi bir qədər sonra üzə çıxacaq “zəif bənd”in məqsədli idarəçiliyindən qaynaqlandığı hiss olunmaqda idi.

Bunu əvvəlki dövrdə yaradılanları kölgədə qoya biləcək və hadisəyə çevriləcək əsərlərin yaranmadığı da təsdiqləyir. Bununla belə, səksəninci illər necəliyindən asılı olmayaraq, təsviri sənət tariximizin təzadlı təşəkkülünün silinməz səhifələridir. Bu səhifədə yeni əsərlərində fərqli estetika sərgiləyən Sirus Mirzəzadənin də özünəməxsus yeri vardır, desək, həqiqəti söyləmiş olarıq.

Monumental sənət sahəsində ali ixtisas təhsili almış müəllifin 1980-ci illər yaradıcılığında möhtəşəmliyə bürünmüş dekorativliyin qabarıq duyulması da bunun göstəricisi olmuşdur. Dünyamıza realist-gerçəkçi baxışını miniatür üslubuna tapınmaqla gerçəkləşdirən rəssamın “Mənim əcdadlarımın torpağı” (1982), “İlin üç fəsli” (1982), “Qobelençilər” (1982), “Günəbaxanlar” (1982), “Suzanın yuxusu” (1983), “İkar haqqında nağıl” (1983), “Rəssamın qonağıyıq” (1983), “Xatirə” (1984), “Fələstin kədəri” (1984), “Çağırış” (1984), “Bakı, sabahın xeyir!” (1984), “İlin fəsilləri” dördlüyü (1985), “Şanapipiklə natürmort” (1985), “Bərpaçılar” (1986), “Ömrün tarixçəsi” dördlüyü (1986), “Uşaqıqdan gəlmiş quş” (1986) tablolarında ənənə və müasirliyin uğurlu vəhdətini görmək mümkündür.

Sirus Mirzəzadə yaradıcılığında davamlı axtarışların nəticəsi olan bədii ifadələr məcmusunu başlıca olaraq şərtiliyə və rəmzləşdirməyə yönəltsə də, təsvir motivlərini elə bu yığcam bədii vasitələrin təsir gücü ilə duyğulandırıcı mənəvi qaynağa çevirə bilmişdir. Bunu onun 1990-cı illər yaradıcılığı da təsdiqləyir. “Uzağa baxanlar” (1991), “Arazın sahilində” (1991), “Gözmuncuğu” (1991), “Sarı fonda” (1992), “Pişiklə qız” (1992), “Sevgililər” (1992), “Şanapipik” (1994), “Mavi geyimli qız” (1994), “Söhbət zamanı” (1994), “Balıqçı və balıq” (1994), “Rəssam və model” (1996), “Qırmızı mənzərə” (1998), “Adəm və Həvva” (1999) və “İkiüzlü insan” (1999) kimi müxtəlif janrlı əsərlərində rəssamın qədim miniatür üslubu ənənələrinə rəmzlərə bələnmiş müasir tutum vermək istəyinin uğurlu nəticələrini görmək mümkündür.

Öz monumental duyumunu müxtəlif mövzulu əsərlərin bədii şərhində sərgiləyən Sirus Mirzəzadə 2000-ci illərdəki yaradıcılığında da ənənəsinə sadiq qalmışdır. Onun müxtəlif janrlı əsərlərində qədim miniatür üslubundan yaradıcılıqla faydalanmanın özünəməxsus improvizələrinə rast gəlmək mümkündür. Çoxsaylı motivlərlə ifadə olunan Adəm və Həvva mövzusu, eləcə də “Rəfiqələr”, “Qırmızı paltarda”, “Qızmar günəş altında”, “Ağ qız”, “Söhbət zamanı”, “Ünsiyyət”, “Qara şlyapalı qız”, “Eyvanda”, “Balıqçı və balıq”, “Bahar” və digər lövhələrində müşahidə olunan rəng dekorativliyi, poza-jest ifadəliliyinin vəhdətinin estetikasında hifz olunan cəlbedicilik və duyğulandırıcılıq görünməkdədir.

Sənətkarın mövzu və onların ifadəsi baxımından yeniləşən yaradıcılığının kamilləşmiş indiki mərhələsində daha qabarıq görünən estetik məziyyət rəssamlığımızda “Sirus Mirzəzadə görümü”nün yaranmasıdır. Bu görümdə qarşılaşdığımız – miniatür üslubu ənənələrinə yeni baxışın mövcudluğu, kompozisiyaların məna-məzmun yükü daşıyıcılığının rəmzi-şərti ayrıntılara etibar edilməsi və bütünlükdə, gerçəkliyə bədii münasibətin fəlsəfi qata bələnməsidir...

Rəssamın özünəməxsusluğunu onun illər ərzində yaratdığı qrafik əsərlərdə də müşahidə etmək mümkündür. Belə ki, əsərlərinin miniatür estetikasından qaynaqlanan monumentallığı bu kiçik ölçülü qrafik lövhələrdə də mövcuddur.

Sirus Mirzəzadənin özünün monumentalçı-rəssam kimi ifadəsini həm də onun divar rəsmlərində və mozaik pannolarında görmək olar. Sovet dönəmində paytaxtda onun mərhum İsmayıl Məmmədovla birlikdə yaratdıqları divar rəsmləri (1980-ci illər) sonradan məhv edilsələr də, onlar Azərbaycan monumental-dekorativ rəngkarlığını zənginləşdirən nümunələr kimi qalmaqdadırlar. Belə divar rəsmlərindən (ümumi sahəsi 500 kvadratmetr) biri - keçmiş “Əfsanə” kafesi üçün XII əsr Azərbaycan və dünya ədəbiyyatının ulduzu sayılan Nizami Gəncəvinin “Xəmsə”sinin süjetlərini məna-məzmun daşıyıcısı seçən müəlliflər, onu miniatür üslubunda gerçəkləşdirməklə, motivlərin yaddaqalan və cəlbedici tutum almasına nail olublar.

Onların indiki Fəvvarələr meydanında - yeraltı məkanda yerləşən “Retro” fotoatelyesinə verdikləri bədii tərtibat (1980-ci illər) da estetik tutumuna görə bənzərsiz idi. Divarlardakı eyvan elementlərini ümumi kompozisiyaya (ümumi sahəsi 150 kvadratmetr) qatan müəlliflər, bunun nəticəsində köhnə Bakının canlılığı və həyatiliyi birmənalı olan səhnələrinin yaranmasına nail olmuşdular.

Sirus Mirzəzadənin sənət dostları (R.Heydərzadə, A.Ələsgərov, E.Tahirov) ilə birlikdə işlədiyi “Səadət”(1975) və “Fəhlə əlləri”(1978) relyefli mozaikaları da sənətlərin sintezinin uğurlu həlli baxımından yaddaqalandırlar. Hər iki əsərin ötən illərin ideoloji sınağından şərəflə çıxması da onun zamansızlığa qovuşmasından xəbər verir.

Onun müstəqillik dövründə A.Şaiq adına Azəbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fasadı üçün işlədiyi “Azərbaycan naxışları” adlı keramik pannosu da memarlıq tikilisi ilə vəhdət təşkil etməklə, onun ümumi estetikasını daha da zənginləşdirmək gücündədir...

Sirus Mirzəzadənin təhsilsonrası – ötən əsrin yetmişinci illərindən başlayaraq pedaqoji fəaliyyətlə məşğul olmasını, yəqin ki, onun həyatını mənalandıran önəmli hallardan saymaq olar. Rəssamlığın sirlərini ondan öyrənən və bu gün həm yerli, həm də xarici ölkələrin təsviri sənət məkanında uğurla fəaliyyət gənc yaradıcıların çoxluğu yəqin ki, ona həyatda rahatlıq bəxş edən mühüm dəyərlərdəndir.Onun daşıdığı “Professor” vəzifəsi də elmi-pedaqoji fəaliyyətinə verilən qiymətdir. Bu sahədə səmərəli çalışmasının nəticəsidir ki, o, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professru kimi yetişməkdə olan gənc nəslə sənətin sirlərini öyrətməkdədir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “Azərbaycan Respublikasının Əməkdar rəssamı” və “Xalq rəssamı” fəxri adlarının verilməsini, Beynəlxalq “Humay” mükafatına layiq görülməsini də Azərbaycan təsviri sənət məkanında önəmli yer tutan rəssam-pedaqoqun əməyinin yüksək səviyyədə dəyərləndirilməsi hesab etmək olar...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

John Doe 19 saat əvvəl

“31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il”ə həsr olunmuş musiqili-əyləncəli tamaşa keçirilib +FOTO=66

“31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il”ə həsr olunmuş musiqili-əyləncəli tamaşa keçirilib +FOTO=66

John Doe 2 həftə əvvəl

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=46

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=46

John Doe 2 həftə əvvəl

Fransa 2026-cı ildə keçiriləcək "Uşaq Avroviziya Mahnı Müsabiqəsi"nə ev sahibliyi etməkdən imtina edib

Fransa 2026-cı ildə keçiriləcək "Uşaq Avroviziya Mahnı Müsabiqəsi"nə ev sahibliyi etməkdən imtina edib

John Doe 3 həftə əvvəl

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=48

“Yeni ildə həmrəyliyin rəngli işıqları” adlı tədbir keçirildi +FOTO=48

John Doe 3 həftə əvvəl

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub +FOTO=52

Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub +FOTO=52

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62

İlham Əliyev 2025-ci ilin idman yekunlar...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
• Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar +FOTO=11}

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəs...

9 dekabr 2025 14:59:03
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com