22 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. DÖVLƏTÇİLİK TARİXİ
Siyasət DÖVLƏTÇİLİK TARİXİ

30 ildən sonra yaranmış Ağdərə rayonu

9 ay əvvəl 639 01

30 ildən sonra yaranmış Ağdərə rayonu

Ağdərə rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1705 kvadratkilometr, əhalisi 44.4 min nəfər təşkil edib. 1977-ci ilin məlumatlarına əsasən, rayonun tərkibində iki şəhər tipli qəsəbə, 60 kənd olub. 10 sentyabr 1939-cu ilədək Çiləbürt, 1991-ci ildə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1 yanvar 1977-ci il tarixinə rayon ərazisində 24 sovetlikdə (2 qəsəbə sovetliyi, 22 kənd sovetliyi) 3-ü qəsəbə və 57-i kənd olmaqla 60 yaşayış məntəqəsi mövcud olmuşdur. Ağdərə rayonu dağlıq və meşəlik ərazidə yerləşir, bu da onun təbiətini və iqlimini müəyyənləşdirir. Rayonun ərazisi məhsuldar torpaqlara və zəngin su ehtiyatlarına malikdir. Bu coğrafi xüsusiyyətlər kənd təsərrüfatı üçün əlverişli şərait yaradır.
SSRİ dövründə yaradılmış və Azərbaycan müstəqillik əldə etdikdən sonra ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil idi. Rayon DQMV-nin tərkibində əvvəl Cerabert rayonu, 1939-cu ildən  DQMV-nin 26 noyabr 1991-ci ildə ləğv edilənə qədər Mardakert rayonu adını daşıyırdı. Rayon 13 oktyabr 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 327 saylı qərarı ilə ləğv edilmişdi. 2023-cü ildə rayonun yenidən yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təklif edilmişdir.   5 dekabr 2023-cü il tarixli qanun ilə Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ayrılaraq yenidən müstəqil rayon olmuşdur.
Birinci Qarabağ müharibəsi zamanı rayon müharibənin baş verdiyi əsas ərazilərdən biri idi. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunmuşdur. Qanuna əsasən Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırılmış və respublika tabeli rayonların sırasına daxil edilmişdi.
Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etmişdi.
Ağdərənin tarixi qədim dövrlərə gedib çıxır və burada müxtəlif sivilizasiyaların izləri mövcuddur. Ərazi bir çox tarixi hadisələrin şahidi olmuş, müxtəlif dövlətlər və xalqlar tərəfindən idarə edilmişdir. Bu səbəbdən, rayonda müxtəlif arxeoloji abidələr və tarixi məkanlar qorunub saxlanılır.
Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonu ləğv edilmiş, ərazisi Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülmüşdu.
Ağdərə rayonu Azərbaycanın zəngin tarixə və mədəni irsə malik bölgələrindən biridir. Bu ərazi özünəməxsus coğrafi mövqeyi, əhalisinin müxtəlifliyi və qədim ənənələri ilə seçilir. Ağdərənin tarixi, sosial və iqtisadi inkişafı, eləcə də onun mədəni dəyərləri həm yerli, həm də xarici tədqiqatçılar üçün maraq doğurur. Rayonun turizm potensialı və son illərdə baş verən yeniliklər regionun gələcək inkişafı üçün mühüm imkanlar yaradır.
İşğaldan azad olunmuş rayonların, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşanın inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi və Ağdərə rayonunun yaradılması xüsusi əhəmiyyət kəsb edir: "Bu təşəbbüs Prezident İlham Əliyevə məxsusdur. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanuna əsasən, Ağdam rayonunun ərazisindən 10, Kəlbəcər rayonunun ərazisindən 23 kəndin, Tərtər rayonunun ərazisindən isə 1 şəhərin, 1 qəsəbənin və 24 kəndin Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilməsi, ümumilikdə 1660,84 kvadratkilometr ərazidə yerləşməsi nəzərdə tutulur".
Ağdərə ərazisindən Tərtər çayı axır ki, çay öz başlanğıcını Qarabağ yaylasından (3120 metr hündürlükdən) başlayır. Əsasən yeraltı sularla qidalanır. Yeri gəlmişkən onu da qeyd edək ki, Kürün sağ qolunda yerləşən Tərtər çayınn uzunluğu 184 kilometr, hövzəsinin sahəsi 2650 km, 2 orta illik su səthi 23,2 mVsan., illik axın həcmi 729 mln. kubmetrdir. 1976-cı ildə Ağdərə rayonunun Sərsəng dərəsində Tərtər çayı uzərində, daha dəqiq Qarı körpüsü üzərində inşa edilmiş Sərsəng Su Anbarı istifadəyə verilmişdir. Bu nəhəng qurğunun tikilib başa çatdırılması Ümummilli liderimiz Heydər Əliyevin diqqət və böyük qayğısı ilə bağlı olmuşdur. Dövlət başçısı tikinti işlərinə özü nəzarət etmiş və hətta 70-ci illərdə «Tərtər çayında magistral kanallarla birlikdə su anbarı tikintisini sürətləndirmək tədbiləri haqqında» xüsusi qərar da vermişdir. Tikintiyə əsaslı vəsaitin həcmi artırılmış, yeni texnika, işçi qüvvəsi cəlb edilmişdir. Hətta Moskvadan, Kiyevdən, Volqoqraddan gətirilən mütəxəssislər Sərsəng SES-ə cəlb edilmişdir. Tikintiyə sərf olunan vəsaitin ümumi həcmi 95 milyon manata çatdırıldı ki, bu da altıncı beşillik ərzində respublikamızda su təsərrüfat qurğuları tikintisinə sərf edilən bütün vəsaitə təxminən bərabər idi. Tezliklə 20 milyon kubmetrdən çox torpaq qazılıb daşındı, təqribən 300 min kub metr beton və sement beton töküldü, 2800 ton metal konstruksiya və texnoloji avadanlıq quraşdırıldı və uzunluğu 1 km-dən çox olan yeraltı tunellər çəkildi. Dahi siyasətçi Heydər Əliyev Sərsəng su anbarının açılışında iştirak etmiş və çıxışında göstərmişdi ki, Ağdərə rayonunda Sərsəng adlı yerdə 126 metrlik tökmə bənd Avropada ən hündür bəndlərdən biridir. Su anbarı 560 milyon kubmetr su tutur. Bu su, ümumi uzunluğu təxminən 100 km olan kanallar vasitəsilə Qarabağın və respublikamızın qonşu rayonlarının tarlalarına axıdılırdı. Ağdərə rayonu ərazisindən Xaçın çayı da axır. Yeri gəlmişkən qeyd edək ki, bu çayın uzunluğu 119 km, hövzəsinin səthi 657 kvadratkmdir. Qarabağ silsiləsindən (Uyuxlu dağından cənubda, 2100 m hündürlükdən) başlanır. Mühüm qolu Kolataq-dır. Əsasən, yağış suları ilə qidalanır. Suvarmada istifadə olunur. Məcrasında Xaçınçay su anbarı yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin imzaladığı Sərəncamla  5 dekabr 2023-cü il tarixdə Ağdərə rayonu yaradıldı. Qarabağın dilbər guşəsinin yenidən qurulması və inkişafına  ölkə başçısı xüsusi qayğı  göstərir.

Əfrail FƏRZİYEV,
YAP veteranı, AJB-nin üzvü.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

John Doe 6 gün əvvəl

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 3 həftə əvvəl

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

John Doe 3 həftə əvvəl

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

John Doe 3 həftə əvvəl

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

John Doe 1 ay əvvəl

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com