23 iyul 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan və Slovakiya məxfi məlumatlar mübadiləsi aparacaq

Azərbaycan və Slovakiya məxfi məlumatlar mübadiləsi aparacaq

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

İtaliyada 120 milyon avro dəyərində 340 kq kokain müsadirə edilib

İtaliyada 120 milyon avro dəyərində 340 kq kokain müsadirə edilib

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. SAĞLAMLIQ
1. Ana Səhifə
2. Region
SAĞLAMLIQ Region

Masallı RMX: müasir xidmətlər genişlənir

3 ay əvvəl 337 01

Masallı RMX: müasir xidmətlər genişlənir

Masallı Rayon Mərkəzi Xəstəxanasının rayon sakinlərinə göstərdiyi diqqət və qayğı hər zaman ön planda dayanır. Müasir səhiyyə standartlarına uyğun fəaliyyət göstərən bu tibb müəssisəsi yalnız yerli əhaliyə deyil, eyni zamanda ətraf rayonların sakinlərinə də keyfiyyətli tibbi xidmət təqdim edir.
İlk növbədə xəstəxananın strukturuna nəzər saldıqda, burada 13 şöbənin fəaliyyət göstərdiyini görürük. Poliklinika, tibb bacıları xidməti, şüa diaqnostikası, cərrahiyyə, reanimasiya (intensiv terapiya və anesteziologiya), ginekologiya, terapiya, pediatriya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, laboratoriya, hemodializ və İSX (ASM) şöbələri ümumilikdə 528 nəfər əməkdaşı bir araya gətirir. Onların 75 nəfəri həkim, 191 nəfəri orta tibb işçisi, 262 nəfəri isə digər personaldan ibarətdir.
Geniş fəaliyyət dairəsinə malik olan Masallı RMX böyük bir kontingenti əhatə edir. Xəstəxana yalnız Masallı rayonunun deyil, yaxın ərazilərdə yaşayan insanların da müraciət etdiyi əsas səhiyyə ocaqlarından birinə çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə pandemiya dövründə bu tibb müəssisəsi COVID-19 xəstələrinin müalicəsi üçün regional mərkəz kimi fəaliyyət göstərib və respublikanın müxtəlif bölgələrindən olan xəstələr burada müalicə alıblar.
Hazırda xəstəxanada tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm addımlar atılır. Masallı Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu ilə görüş zamanı öyrəndik ki, yaxın zamanda bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, xəstəxanada göz əməliyyatxanasının yaradılması və endoskopik əməliyyatların həyata keçirilməsi üçün zəruri infrastruktur qurulur. Bu sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin mövcudluğu isə planların reallaşmasına zəmin yaradır.
Xəstəxanada idarəetmənin təkmilləşdirilməsi məqsədilə ötən ilin sonlarından etibarən elektron növbə sistemi tətbiq olunub. Bu yenilik sayəsində vətəndaşlar tibbi xidmətlərdən daha rahat və operativ şəkildə yararlanır, gözləmə müddəti isə əhəmiyyətli dərəcədə azalır. Sistem bütün şöbələri əhatə edir və pasiyentlərin həkimlərə yönləndirilməsi prosesini asanlaşdırır. Gələcəkdə isə kağız daşıyıcıların tamamilə aradan qaldırılması, həkim qəbullarının və ambulator xidmətlərin tam elektronlaşdırılması planlaşdırılır. Bunun üçün tibb personalının müasir kompüter və texnoloji avadanlıqlarla təmin olunması istiqamətində aidiyyəti qurumlara müraciətlər edilib.
Həssas sosial qruplara xüsusi diqqət ayrılır. Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qazilər xəstəxana rəhbərliyi və tibbi heyət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Onların müraciətləri xüsusi sektor əməkdaşlarının nəzarəti altında operativ şəkildə həll olunur. Eyni zamanda, müvafiq qərarlara uyğun olaraq bu kateqoriyadan olan şəxslər pulsuz dərman preparatları ilə təmin edilir və ambulator müalicəyə cəlb olunurlar.
Xəstəxana tərəfindən sosial məsuliyyət tədbirləri də həyata keçirilir. Vaxtaşırı olaraq tənha insanlara, yataq xəstələrinə və səhiyyə müəssisəsinə gələ bilməyən şəxslərə yerində tibbi xidmət göstərilir. Bundan əlavə, 103 təcili tibbi yardım xidmətinə daxil olan çağırışlar Masallı RMX ilə yanaşı Boradigah qəsəbə və Viləş kənd sahə xəstəxanalarının həkim briqadaları tərəfindən operativ şəkildə icra olunur.
Kadr təminatı məsələsinə toxunan direktor bildirdi ki, digər regionlarda olduğu kimi burada da müəyyən ixtisaslar üzrə kadr çatışmazlığı mövcuddur. Xüsusilə kardioloq, nevropatoloq, onkoloq və LOR həkimlərinə ehtiyac duyulur. Bu çatışmazlığın əsas səbəblərindən biri həkimlərin paytaxta üz tutmasıdır. Bununla belə, yaxın gələcəkdə regionlara ixtisaslı kadrların cəlb olunması istiqamətində mühüm addımların atılması planlaşdırılır.
Əvvəllər hemodializ müalicəsi almaq üçün rayon sakinləri paytaxta və digər rayonlara üz tutmaq məcburiyyətində qalırdılar. Artıq bu problem aradan qaldırılıb. Masallı RMX-da fəaliyyət göstərən hemodializ şöbəsi bu sahədə ciddi təcrübə qazanıb və hazırda region əhalisinə uğurla xidmət göstərir.
2017-ci ilin fevral ayından fəaliyyət göstərən hemodializ şöbəsində hazırda 82 xəstəyə xidmət göstərilir. Gündəlik 41 dializ proseduru həyata keçirilir və bu proses 13 dializ aparatı vasitəsilə günaşırı davam etdirilir. Xəstələrdən 81-i hemodializ, biri isə peritoneal dializ müalicəsi alır. Şöbədə iki həkim və 12 tibb bacısı çalışır. Hər bir dializ proseduru təxminən dörd saat davam edir və xidmətlər üç növbəli iş rejimində təşkil olunub.
Şöbədə müşahidə olunan gərgin, lakin peşəkar iş mühiti göstərir ki, burada çalışan tibbi heyət üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirir. Müalicə alan xəstələr də onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Şöbənin müdiri Vüqar Ağayevin sözlərinə görə, şöbədə yaradılan şərait və tətbiq olunan müasir müalicə üsulları xəstələrin sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. O, qeyd etdi ki, kollektivin peşəkarlığı və məsuliyyətli yanaşması göstərilən xidmətin keyfiyyətində mühüm rol oynayır.
Baş tibb bacısı Sevanə Fərziyeva vurğuladı ki, xəstələrə göstərilən qayğı və düzgün təşkil olunmuş iş rejimi onların müalicə prosesinə müsbət təsir göstərir.
Həqiqətən də, iş prosesi zamanı onun bu fikirlərinin təsdiqini müşahidə etdim. Tibb işçiləri hər bir xəstəyə fərdi yanaşmağa çalışır, prosedurların isə təhlükəsiz və diqqətlə həyata keçirilməsinə xüsusi önəm verirlər.
Yardımlı rayonundan Qoşqar Bağışov, Cəbrayıl rayonundan Yaqub Yaqubov, Masallı rayonundan Rəhimə Rüstəmova, Elvin Fərzəliyev və başqaları onlara göstərilən tibbi xidmətdən, o cümlədən həkim-nefroloq Ramin Məmmədovdan, tibb işçiləri Ruhiyyə Mövsümova, Ramilə Ağayeva, Lətif Abdullayev, Səkinə Əlizadə, Aytən Həmzalı, Coşqun Əliyev və başqalarından razılıq edirlər.
Sonda direktor İlqar Ramizoğlu bildirdi ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini davamlı olaraq yüksəltmək, müasir tibbi texnologiyaları tətbiqi ilə insanların sağlamlığının qorunmasına töhfə verməkdir. Bu istiqamətdə həyata keçirilən islahatlar və planlaşdırılan yeniliklər yaxın gələcəkdə daha uğurlu nəticələrin əldə olunacağına əminlik yaradır.

Akif AĞAYEV

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Masallıda Milli Mətbuat Günü qeyd olunub

Masallıda Milli Mətbuat Günü qeyd olunub

John Doe 1 gün əvvəl

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb

“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb

John Doe 1 gün əvvəl

“Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir +FOTO=11

“Səyyar Gənclər Xidməti” layihəsi fəaliyyətini İsmayıllıda uğurla davam etdirir +FOTO=11

John Doe 1 həftə əvvəl

İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub +VİDEO/FOTO=6

İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub +VİDEO/FOTO=6

John Doe 1 həftə əvvəl

Daha 163 nəfər Xocavənd şəhərinə qayıdır

Daha 163 nəfər Xocavənd şəhərinə qayıdır

John Doe 2 həftə əvvəl

Ağcabədidə polislərin peşə bayramı qeyd olundu +FOTO=59

Ağcabədidə polislərin peşə bayramı qeyd olundu +FOTO=59

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

Berlində Azərbaycan-Almaniya sənədləri i...

21 iyul 2026 18:25:50
• İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib}

İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

21 iyul 2026 16:30:23
• Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub}

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüş...

21 iyul 2026 15:53:43
• Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir}

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçi...

21 iyul 2026 13:11:51
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com