Mehriban Vəzir:
Məşhəd bombalanır...
Əlbəttə, bizim insan İranı tanımır, tarixini bilmir, mədəniyyətindən xəbəri yox.
Yəni özünün özündən xəbəri yox!
Son 100 ilin işğal zülmü bizi özümüzə yadırğatdı...
Bunun səbəbi rus-sovet rejimi idi, qısası, kölə olmaq idi, düşmən, bizə öz tarixini öyrədirdi. 15 yaşlı xəstə uşağın - ilk Romanovun taxta çıxma hekayətini əzbər bilirik. Özümüzü bilmirik.
Arazın o tayındakı min illik tarixi yaddaşımızı inkar etdilər.
Son illərin İran rejiminə xas şəriət ixracı isə vətəndaşımızı (çoxluğu) çiyrindirdi. Unutduğumuza düşmən kəsildik.
Sözüm odur ki, Məşhəd bombalanır...
İran torpağının, ta BəndərAbbasa qədər hansı qarışını tərpətsən altından son min ilin Azərbaycan-Türk Tarixi çıxar - Bizim Tarix.
Dövlətçiliyi ilə, adları ilə, memarlığı ilə, məzarlığı ilə nəhəng bir Türk Tarixi.
Məşhəd bombalanır...
Məşhəd haqqında Azərbaycan insanının bəlli bir fikri var. Və bu fikir haqlı olaraq xurafat düşmənçiliyi zəminindədir.
Lakin bizim insan bilmir ki, Məşhəd, məhz İmam Rza türbəsi, Türbənin ətrafı min illik dövrün böyük şəxsiyyətlərinin - dövlət adamlarımızın məzarlığıdır. Tarixi yaddaşımızdır.
Məşhəd, Nadir şah Avşarın uyuduğu torpaqdır. Böyük imperatorumuzun o şəhərdə qapısı nadir açılan mavzoleyi var. Məşhəd ziyarətçilərinin, nə yerlilərin, nə qonaqların bu məzardan xəbəri yoxdur.
Halbuki İranı - bu gün qədr-qiyməti olmayan - o kişilər İran etdilər.
Bu söhbət uzun söhbətdir. Niskilli söhbətdir...
Qısaca deməyə çalışım.
Ötən gözəl günlərdə bir həftə Məşhəddə qaldım. Otelimizlə ziyarətgahın arası 10 dəqiqəlik məsafə idi. Elə gün olurdu iki dəfə gedirdim - bir səhər, bir axşam. Misilsiz bir aurası var. Gecələri möhtəşəmdir...
Məşhəddə, bu möhtəşəm İmam Rza kompleksində Abbas Mirzənin məzarını axtardım. Bilirdim, orada dəfn edilib.
Günlərlə kitabxanalara, elmi şöbələrə baş çəkdik, gördüm deyən olmadı. Axırda bir nəfər - bir alim istinad verdi. Və məlum oldu ki, o məzar olduğu yerdə yoxdur, sökülüb (yəqin ki alt qatda qalır).
Dünyadan vaxtsız köçmüş Böyük Vəliəhd, Azərbaycan tarixində misilsiz yeri olan, 25 il rus imperiyasına qarşı dirəniş göstərən Abbas Mirzə ən mötəbər yerdə - İmam Rzanın ayaqları altında dəfn olunubmuş.
Molla rejimi şahlıq irsi ilə mübarizə etdiyi dövrdə bu məzarı da gözdən itirib. Halbuki İslamda məzara toxunmaq günah sayılır...
Demək olar ki, bütün şahların, vəzirlərin, şahzadələrin, sərkərdələrin məzarları dağıdılıb. Onların böyük çoxluğu isə adı tarixə düşmüş türk dövlət adamları idi. Qumda dəfn edilən Fətəli şah Qacarın məzarı belə yerində yox idi...
Qadınları İmam Rzanın məzarı görünən səmtə yaxın qoymurlar. Uzaqdan durub baxırdım... və bir möcüzə ilə özümü yasaq zonada buldum. İmamın məzarı ətəyində və şahzadənin yatdığı yerdə idim. Həşəmətli salon, yalnız kişilər - uşaq, böyük oturub... Mən yan-yörəmə baxıram... aradığımın əlaməti belə yox. Sadəcə sağ divarda, diqqət çəkməyən bir yerdə Abbas Mirzə Qacar sözləri yazılıb....
Ürəyimdən qara qanlar axırdı...
Dərin kəlamlarla dolu sinə daşına isə kompleksin muzeyində rast gəldim.
Başdan ayağa niskil...
Məşhəd bombalanır...
Azərbaycan insanı Məşhədin onun öz tarixi üçün nə demək olduğunu bilsə küçələrə tökülər, etiraz edər... amma bilmir...
o qədər bilmir ki... bilmədiyini belə bilmir...
Həmin o gözəl günlərdə İmam Rza kompleksinin kataloqunu da soraqladım. Məlum oldu ki, bu məzarlıqda yatan bütün isimlər kataloqlaşdırılıb. 5 cildə yığılıb şairlər, seidlər, kimlər... 4-cü cild dövlət adamları... yəni bizimkilər. Mənə, bax, həmin o cild lazım idi...
Gəzmədiyim kitabxana qalmadı. Bütün cildlər var, 4-cü cild yox. Hətta kompleksin nəhəng kitabxanasında belə yoxdu...
Niyə...
Nə deyim... dediklərimdən deməkdiklərimi də bilirsiniz...
Amma bu gün Məşhəd bombalanır... 170 qız uşağına qıyan ağıl bizim tariximizəmi rəhm edəcək..."
Mehriban Vəzir - yazıçı-publisist.
* * *
Allah Elçibəyə rəhmət eləsin.Deyirdi bizim birinci düşmənimiz fars.2 ci Rusiya sonrakı düşmənimiz ermənilərdir.Əlbətdə bu şərəfsiz dövlətlər həmi.ə türkün tarixini izini itirməyə çalı.ıblar.
Tamamilə doğrudur farslar haqqında azda olsa bunları bilirik erməniyə silah bizə narkotik göndərən ölkə Xudafərin körpüsü ətrafında əsgərlərimizin qarşını kəsdilər 5 gün ləngimə baş verdi buna görə necə necə Şəhid yaralı verdik Allah Şəhidlərimizə rəhmət eləsin amma qonşum pisdir köçə bilərsən torpaq qonşu necə bunu bilən var o tayda soydaşlarımız var nə az nə çox 40 milyon onların taleyi necə olacaq Amerika Liviya da nə elədi İraqda Suriyada Əfqanıstanda nə eləmədi İraqda 1 milyondan çox müsəlman qırıldı səbəb onu dedilər ki nüvə silahı var heç nə çıxmadı insanları qətlə yetirən Amerika indi İrana burnun soxur ki nüvə başlığı var İranda nüvə başlığı yoxdur din icazə vermir kütləvi qırğın silahı hazırlamağa İranda neft qaz yataqları çoxdur amma Litium deyilən bir maddə var ən bahalı bir tapıntıdır dünyanın üç ölkəsində var İranda hamısından çoxdur Tramp İranı məhv edir o sərvətə sahib olsun orda vəziyyət pis olsa soydaşlarımız pis günə qalacaq tarixə yaxşı nəzər salın baxın bizim İqtisadiyyatımıza da zərər dəyəcək
Özüm yazmış kimi oxudum. Süd kimi ağ Məşhəd gecələri, otelimizin Ziyarətgaha yaxın olması (Aura oteli, 5 dəqiqəlik yol idi), gecələr təkrar Ziyarətgaha getməyimizi xatırladım. Amma mən gedəndə - 2008-ci ildə qadınlar da İmam Rzanın məzarına gedirdi, icazə vardı. Məzarın yanında şəklim də vardı...
Qaldı ki, tariximizə.. İşğal edən ölkələr tarixi silməyə çalışıblar həmişə. Bu, bütöv dövrlərdə belə olub. Rus silmədimi? Mehriban xanımın dediyi kimi, hətta beynimizi də rus tarixi ilə doldurdular, öz tariximizi unutdurdular. Bizim kimi Sovet dövrü orta təhsil alanların hamısı Buz döyüşünü, Kulikova döyüşünü, Suvarovu, Romanovu bilir, amma Nadir şah Avşarı, Atabəyləri, Uzun Həsəni, Abbas Mirzəni tanımır. daha doğrusu tanımırdı... Sonradan oxuyub öyrəndik, yeni-yeni özümüzü tanımağa başlayırıq. Bu, əlbəttə ki, bizi elmdə də, mədəniyyətdə də, tarixdə də geri salır. Keçmişi bilməyənə gələcək ala-qaranlıqdır. Öyrənənədək ömür keçir.
Azadlığa çıxandan da, əxlaqsızlıq nümayiş olunur, televiziyalarımız nə vaxt belə insanları dəvət edib danışdırdı ki, gənclərimiz Abbas Mirzəni tanısın.. istisnalar var..
Maraqla oxudum, sağ olun paylaşım üçün.
Bizim tariximizi silənlərin güdazına gedir, tariximizin qalıqlar. Hər ikisinin günahı yenə fars molla rejimindədir.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.