Ağcabədidə ağacəkmə aksiyası keçirildi +FOTO=30
Martın 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Ağcabədidə ağacəkmə aksiyası həyata keçirilib.
Mingəçevir-Bəhrəmtəpə magistral yolunun rayonun Aşağı Avşar kəndi ərazisindən keçən hissəsində baş tutan aksiyada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilat rəhbərləri və kollektiv üzvləri, həmçinin şəhid ailələri iştirak ediblər.
Təxminən 200 nəfərin qatıldığı aksiyada adı çəkilən ərazidə 400 sayda - o cümlədən 80 Eldar şamı, 80 ərik, 80 alça, 80 gilənar və 80 gavalı ağacı əkilib. Ağaclar əkildikdən sonra suvarılıb, onlara arqotexniki qaydada qulluq edilib.
Qeyd edək ki, rayonumuzda belə ağacəkmə aksiyaları ilin sonunadək davam edəcək.


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.