“Bitkilər Zombilərə qarşı” adlı əl işləri sərgisi açıldı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazehadına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” tədbirlər silsiləsinin davamı olaraq növbəti sərgi açıldı.
AZpressTİMES.info xəbər verir ki, fəal oxucunun sərgisi ekoloji mövzuya həsr olunub. Kitabları çox sevən 9 yaşlı İlyas Səfərli enerjili və çox yönlü maraqlara malik bir şagirddir. O, Landau School məktəbində təhsil alır, iki xarici dildə sərbəst danışır, yeni biliklər öyrənməyə böyük həvəs göstərir. Onun həm incəsənətə, həm də dəqiq elmlərə xüsusi marağı var. Musiqini çox sevir və gitara çalmağa həvəslidir. Eyni zamanda basketbolla məşğul olur, “İsta baku” komandasında oynayır. Komanda da ruh və məsuliyyət hissi onun üçün önəmlidir. Riyaziyyat İlyasın ən sevdiyi fənlərdəndir. O, müxtəlif riyaziyyat olimpiadalarında iştirak edərək “honor” dərəcəsi qazanıb. Bu nailiyyət onun çalışqanlığının və məntiqi düşünmə bacarığının nəticəsidir.
İlyas Səfərli 4 ildir ki, plastilin yaradıcılığına maraq göstərir. O, xüsusilə oyun qəhrəmanlarının fiqurlarını hazırlamağı sevir və bu sahədə müxtəlif kolleksiyalar yaradıb. Ən maraqlı kolleksiyalarından biri “Plants vs. Zombies” (“Bitkilər Zombilərə qarşı”) mövzusundadır.
Sərgidə oxuculara təqdim edilən fiqurlar oxucunun zəngin təxəyyülünü və detallara olan diqqətini nümayiş etdirir. Burada çiçəklər və zombilər arasında mübarizə və bitkilərin özlərinin qorunması göstərilir.
Sərgi bir ay davam edəcək.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.