Əhməd Qəşəmoğlu:
YENİ İLİN İLK ŞEİRİ
Göy üzü ilahi...
...Hansı aləmdəyəm, biləsən indi...
Çiçəklərin ruhu dolaşır burda,
Zirvələr nur dolu sirrin içində,
Düzənlər görünür, itir arada...
Çəmənin, çiçəyin görkəmi ayrı,
Hərdən danışırlar, səsləri gəlir,
Ağlına gələr ki, təbəssümlərlə
Güllər hansı sayaq ilahi gülür?
Burda addım atmaq, uçmaq kimidi,
Həmdə ki, xəyalın qaydası ilə,
Kimsə deyə biməz yorulmaq nədir,
Yalanı bir kimsə gətirməz dilə.
Burda hamı bilir, bir vaxt Adəmi,
Həvvayla nə günə salıbdı tamah,
Burda bir varlığın qəlbinə dəymək
Ömrü sona verən qaçılmaz günah.
Göy üzü ilahi qırxlar aləmi -
Ahənglər yaranır sonsuzluqlardan,
İstərsən gəl bura, nurlar içində
Baxaq o aləmə səssiz, uzaqdan...
02.01.24
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.