Boksçularımız "Strandja"dan 4 medalla qayıdıblar
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan boksçularının da iştirak etdiyi ənənəvi "Strandja" beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi turniri ikisi gümüş və ikisi bürünc əyarlı olmaqla 4 medalla başa vurub. Gümüş medalları yalnız həlledici final görüşündə məğlub olan Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) qazanıb. Yeri gəlmişkən, Zəlimxan həlledici döyüşdə Özbəkistan təmsilçisi Xujanazar Nortoyevlə, Zaur isə Qazaxıstan boksçusu Torexan Sabirxanla bacarmayıb.
Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərovun (67 kq) payına düşüb.
Xatırladaq ki, bu gün Montoneqronun Budva şəhərində gənc oğlan və qızlar arasında Dünya Kuboku səviyyəli "Adriatik İncisi" beynəlxalq turnirə start veriləcək. Fevralın 9-dək davam edəcək bu turnirdə Azərbaycan dördü qız olmaqla 7 boksçu ilə təmsil olunacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.