Liderlər audsayderleri çətinlik çəkmədən üstələyib
Dünən kişi voleybolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 11-ci turun oyunları keçirilib. Turun nəzərdə tutulan hər üç oyunu eyni gündə baş tutub. Maraqlı məqam odur ki hesabat turunda liderlər autsayderlərlə qarşılaşıb və oyunu qələbə ilə başa vuraraq öz mövqelərini qoruyublar. Yarış cədvəlinə şəriksiz liderlik edən "Murov Az Terminal" MOİK-i quru hesabla məğlub edib - 3:0. Liderin ən yaxın təqibçisi olan "Xilasedici" isə səfərdə Sumqayıtın "Gənclər" klubunu eyni hesabla üstələyib - 0:3.
Daha bir oyunda isə ortabablardan sayılan "Azərreyl" klubu "Neftçi" üzərində qələbəsini qeyd edib - 3:0.
Hazırda komandaların turnir vəziyyəti belədir:
Murov Az Terminal - 27 xal, Xilasedici - 26, Azərreyl - 25, Neftçi - 15, MOİK - 5, Gənclər - 1.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.