06 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ermənistan Fransadan hərbi helikopterlər alacaq

Ermənistan Fransadan hərbi helikopterlər alacaq

Türkiyə ilk qitələrarası ballistik raketini təqdim etdi

Türkiyə ilk qitələrarası ballistik raketini təqdim etdi

Zelenski Qələbə Günündə Rusiyanın "barışıq"ına cavab verdi

Zelenski Qələbə Günündə Rusiyanın "barışıq"ına cavab verdi

Ermənistan və Aİ İrəvanda keçirilən sammitdən sonra bir sıra sazişlər imzalayıblar

Ermənistan və Aİ İrəvanda keçirilən sammitdən sonra bir sıra sazişlər imzalayıblar

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Firuz Mustafa: Vaqif Səmədoğlu niyə hirslənmişdi?

1 il əvvəl 270 01

Firuz Mustafa:

Vaqif Səmədoğlu niyə hirslənmişdi?

Şairdən kimlər və nəyə görə şikayət etmişdilər?

Aradan illər keçsə də cənublu dostum Arazın söylədiyi maraqlı bir əhvalat indiyəcən yadımdan çıxmayıb. Əslində dostumun əsl adı sənəddə ayrı cürdür, mən ona daim “Araz” deyə müraciət etdiyimə görə indi də elə o cür yazıram. Əslində busayaq müraciət etməyimin səbəbkarı da o özü idi...

Yadımdadır, isti avqust Günəşi adamları karıxdırmışdı. Biz isə Tehranda, bu qaynar-boğucu havada dar küçələrlə, necə deyərlər, səllimi gəzişirdik. Mən istini və Günəşi çox sevirəm. Nisbətən geniş küçələrdən birinə təzəcə qədəm qoymuşduq ki, dostum əlini irəli uzadıb soruşdu:

-Firuz bəy, görürsən o binanı?

-Görürəm,-dedim.

Ö gülümsəyib dedi:

-Bananın qarşısına vurulmuş lövhədə yazılanları oxuya bilərsən?

Çiynimi çəkib dedim:

-Yox... Amma hərflər tanış gəlir.- Və gülüb zarafatla əlavə etdim: -Həbəş dilində yazılıb deyəsən...

Araz dedi:

-Hə, təxminən elə bir şeydir... Gördüyün bina hayların səfirliyidir. Düz deyirsən, həbəşlərlə hayların əlifbası bir-birinə çox oxşayır... Bax onun yaxınlığındakı o bina isə oteldir.

Mən sakitcə onu dinləməli oldum.

Araz bəy başladı bu iki bina ilə bağlı təəssüratını, “xatirələrini” danışmağa:

-Bir neçə il əvvəl Vaqif Səmədoğlu buraya gəlmişdi. Axtarıb məni tapdı. Mən onunla Bakıdan tanışam, bir neçə dəfə görüşmüşdüm. Nə isə... Şairin zənginə laqeyd qalmadım. Vədələşib görüşdük. Vaqif bəy bax orada, o odeldə qalırdı...

Sonra müsahibim sanki başladığı söhbətə mənim reaksiyamı yoxlamaq istəyirmiş kimi soruşdu:

-Yəqin ki, Vaqif bəylə tanışsan?

-Əlbəttə.

-Bakıya qayıdanda salam deyərsən... Hə, onu deyirəm. Biz şairlə eyvana çıxdıq. Ordan-burdan söhbət etdik. Vaqif dedi ki, bilirəm buralarda içmək qadağandır, amma nəsə fikirləşmək lazımdır. Mən onun eyhamını anladım. Dedim ki, çalışıbıb bir şey təşkil edərik. O, mənim etirazıma baxmayaraq zorla cibimə pul basdı. Gedib bir tanışdan içki aldım. Yeməkxanadan xörək sifariş verdik. Yeyib-içəndən sonra otel otağının eyvanına çıxdıq. Mən söhbət əsnasında indi sənə göstərdiyim o binanın kimə məxsus olduğunu bildirdim. Bayaqdan sakitcəsinə söhbət edən Vaqif bəyin sanki birdən-birə əhvalı dəyişdi, qanı qaraldı. Sinəsini eyvanın sürahisinə dayayıb qonşudakı binaya sarı qəzəblə baxaraq rusca nəsə dedi. Düzü, mən onun nə dediyini anlamadım.

Az sonra otağımıza mühafizə xidmətinin adamları gəldi. Bildirdilər ki, şikayət var, polisə getməliyik. Mən dedim ki, adam qonaqdır, senatordur, şairdir. Dedilər ki, izahat almaq lazımdır. Hiss etdim ki, gələn dəstənin başçısı türkdür, azərbaycanlıdır. Onu kənara çəkdim. Başladıq öz dilimizdə danışmağa. Onunla gələn dəstə dəhlizə çıxdı. Mən dedim ki, qonaq azərbaycanlıdır. Mühafizəçi laqeyd-laqeyd mənə baxıb çiynini çəkdi, yəni nə olsun ki? Sonra əlavə edib dedim ki, sən Azərbaycanda yaşamış bir şair var, yəqin ki, onun adını eşitmisən. Mühafizəçi candərdi soruşdu ki, “kimdir, nəmənədir o şair?..” Mən yaxşı bilirəm ki, buradakı bütün azərbaycanlılar həmişə Bakı televiziyalarının kanallarına baxır. Odur ki, fürsəti əldən verməyib dedim: "yəqin Səməd Vurğunun adını eşitmisən". O, diqqətlə mənə baxıb dilləndi: “Baba, o kişinin adını kim eşitməyib ki? Mən onun Azərbaycan, Bakı, Araz haqqındaki şeirlərini əzbər bilirəm. Sən indi Vurğunun adını nə üçün çəkdin axı?” Mən dedim ki, bax bu gördüyün şenator Səməd Vurğunun ağludur, özü də şairdir, ad-soyadı Vaqif Səmədoğludur... Mühafizəçi üzümüzə diqqətlə baxaraq əl tutub bizimlə xudahafizləşdi, dəhlizdə onu gözləyən dəstəyə yaxınlaşıb: “Getdik”- deyə, göstəriş verdi.

Mən onda Vaqif bəyə zarafatla dedim ki, bax köməyimizə rəhmətlik atan gəldi... Şair kədərli-kədərli gülümsəyib bar xeyli susdu və handan-hana dedi: “Düz deyirsən, Araz”.

Bax, bəzən belə işlər də olur.

p.s.

Vaqif bəyin ruhu şad olsun.

Забил Алекперов

Vaqif bəyin və Böyük Şairimiz Səməd Vurğunun ruhları şad olsun! Sizə, ürəkdən təşəkkür edirəm hörmətli Firuz müəllim bu unudulmaz xatirəni bizlərlə paylaşdınız üçün! Tanrı Sizi hifzində saxlasın, həmişə var olun!

Nazim Ceferov

Allah atası dahi Səməd Vurğunla bahəm, şair Vaqif Səmədoğluna qəni-qəni rəhmət eləsin!..

Sizə də maraqlı olaya görə saf cansağlığı diləyirəm!..

Vidadi Məmmədli

Allah rəhmət eləsin, məkanı cənnət olsun. Var olun ustad, maraqlı xatirədir. Düşmənlərimiz hər vaxt fürsət axtarırlar ki, nə isə eləsinlər.

Konul Qoca

Lap kövrəldim.Allah hər iki sənətkara (ata-oğul) rəhmət eləsin

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 1 gün əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 4 gün əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 6 gün əvvəl

Xatirə Rəhimli: VƏTƏN!

Xatirə Rəhimli: VƏTƏN!

John Doe 6 gün əvvəl

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

John Doe 6 gün əvvəl

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

Təranə Paşayeva: Hər kəsin xoşuna gələ bilmərəm...

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
• Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar}

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətb...

29 aprel 2026 00:08:22
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com