Bahar Muradova:
Çizdiyi bu qarışıq məntiqi ardıcıllıq qarşısında heyrətlənməmək mümkünsüzdür
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam və YAP İdarə Heyətinin üzvü, millət vəkili, dəyərli Ülviyyə xanım Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı, qrafik əsərlərindən ibarət sərgidə iştirak etdik.
Ülviyyə xanımın hüdudsuz rənglər,zaman və məkan boşluğuna yuvarlanmış simvollar dünyasına qısa və çox maraqlı səfər təəssüratlarımı çatdırmaqda çətinlik çəkirəm.
Sadəcə qeyd etmək istərdim ki,onun ustad fırçasının çizdiyi bu qarışıq məntiqi ardıcıllığ qarşısında heyrətlənməmək mümkünsüzdür.
Burada keçmiş, bu gün və gələcək, eləcə də xeyir və şər qüvvələrin pərakəndə nizamı bizi vaxt və zaman ölçülərindən kənar bir dünyaya, başlanğıc və son arasında yerlərini səhv salmış varlıqların mübarizə meydanına çəkir.
Sonsuz sayda suallarla üz-üzə qalaraq real həyat və fantaziya ilə yanaşı digər bir zaman ölçüsünün təsvirləri arasında it-bata düşən milli kimlik və yabançı dəyərlərin amansız dartışmasına şahidlik edirsən.
Mənə görə Unikal,təkrarsız və orijinal əsərlərin sıralandığı bu sərgidəki qeyri - adi mühit hər bir ziyarətçidə zəngin təəssürat yaratmaqla, fərqli hisslər oyadacaq.
Odur ki, hər kəsi bu sərgini ziyarətə dəvət edir, Ülviyyə xanıma isə yeni yaradıcılıq uğurları arzu edirəm!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.