Məşhur rəssam Aydan Məmmədovanın fərdi rəsm sərgisi və "AYDANİ" adlı şəxsi galereyasının açılışı keçirilib
Müasir Azərbaycan incəsənətinin görkəmli nümayəndəsi, məşhur rəssam Aydan Məmmədovanın fərdi rəsm sərgisi və "AYDANİ" adlı şəxsi galereyasının açılışı keçirilib.
Aydan Məmmədova Rəssamlar İttifaqın üzvü, "UNESCO" mükafatının sahibi, Azərbaycan Rəssamlıq Akademiyasının magistri, bir neçə xarici ölkələrində sərgilərdə iştirak edib (ABŞ, İspaniya, BƏƏ, Koreya, Türkiyə, Kibris və s.). İtaliyada, Roma şəhərində simpoziuma dəvət olunmuşdur, Azərbaycanı təmsil edib.
Şəhərin mərkəzində yerləşən galereya müasir Bakının mühiti əks etdirərək, özündə həm klassik həm rəqəmsal incəsənəti nümayış edir.
Rəssam Azərbaycanın təkrarolunmaz rəmzi nardan ilhamlanaraq öz fərdi sərgisini nara həsr edib.
"Nar gecəsi" adlı sərgidə yerli ziyalıların görkəmli nümayəndələri, xalq rəssamları, sənətşunaslar, məhşur şəxslər, Mədəniyyət Nazirliyin əməkdaşları, pressa, TV, jurnalistlər iştirak ediblər.
Sərginin açılış mərasimində Azərbaycanın Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, əməkdar incəsənət xadimi, Sənətşunaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Qərbi Azərbaycan İcma Aparatının rəhbəri Qalib Qasımov, Sənətşunaslıq üzrə fəlsəfə doktoru, Milli İncəsənət Muzeyinin direktoru Şirin Melikova çıxış ediblər.
Rəssamın kompozisiyasında narın yerləştirilməsi cəsarətli qərar kimi sənət sevənlərin diqqətini çəkib, həmçinin ekspozisiyada 6x3 rəsm əsəri nümayiş olunmuşdur, müasir Azərbaycan İncəsənətində ilk dəfə olaraq bu ölçüdə əsər təqdim olunur.
Sərgidə Aydan Məmmədovanın "Xoşbəxtlik" əsərinə Sevil Kərimovanın müəllifliyi olan rəqəmsal animasiya nümayış olunmuşdur.
Təntənəli açılışda furşetin orijinal təqdim olunmasını da qeyd etmək isterdik, furşetin dekorasiyasında canlı güllər, və nar budaqları istifade olunub, sonda baş aşpazdan nar ilə fire show təqdim olunmuşdur.
"AYDANİ" galereyasında sərgilərlə yanaşı rəsm və rəqəmsal rəsm kursları keçirilir.
Rüstəm Fərman
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.