C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı Ulduz Qasımın yeni əsərlərinin təqdimat mərasimi keçirildi . Mərasimdə media nümayəndələri,ədəbiyyatşünaslar ,yazıçı və şairlər ,bir də Ulduz xanımın yaradıcılığına öz sevgisini ifadə etməyə gəlmiş oxucular iştirak edirdi. Çıxış edənlər ( tənqidçi və ədəbiyyatşünaslar Qurban Bayramov , İslam Qəribli , yazıçı- publisist Fazil Güney, Əlirza Xələfli ,Şəddat Cəfərov ,Əli bəy Azəri , Nəzirməmməd Zöhrablı ,Fariz Çobanoğlu ,Əntiqə Qonaq ,Təranə Əlizadə və qeyriləri ) müəllifin Qarabağ mövzusundan bəhs edən silsilə əsərlərinin bədii məziyyətlərini , əsərin ideya -məzmun etibarilə söykəndiyi tarixi və həyat həqiqətlərini önə çəkdilər .Bildirdilər ki ,yazıçı mövzusundan asılı olmayaraq bütün əsərlərində böyük mənəviyyatın ruhunu qorumağa çalışır .Onun hər bir kitabının qəhrəmanının taleyi ,(istər qadın olsun ,istər kişi) - sədaqət ,ümid ,inam hekayətlərindən yoğrulub .Ulduz Qasım Azərbaycandan uzaqlarda yaşasa da qəlbi ,nəbzi Vətənlə döyünür.Vətən ,Yurd ağrısı , Azərbaycan insanın taleyi onun qələmini tişəyə çevirən əsas amillərdir.
Yazıçının "Maral ", "Badamgözlü", "Ağ göyərçinlər " , "Qaçaq Aslan " ,"Qürbət Zöhrəsi " ,"Xocalı şikəstəsi " ,Qarabağda Qiyamət "və sair əsərləri , eləcə də digər yaradıcılıq nümunələri - şeirləri , publisistik məqalələri müzakirə olundu , müəllifə yeni yaradıcılıq uğurları arzulandı . Sonda müəllif yaradıcılığını izləyən hər kəsə təşəkkürünü ifadə edən nitq söylədi, avtoqraf yazaraq kitablarını tədbirə gəlmiş qonaqlara hədiyyə etdi.Tədbirdən xatirə şəkilləri də çəkildi. Video-reportaj təqdim olunur.
Fariz Çobanoğlu
ViDEO-FOTO reortaj: AZpress.AZ
2023.12.23
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.