Həsrət Cəfərov olimpiya medalının keyfiyyətindən şikayətlənib
Paris 2024 Yay Olimpiya Oyunları ilə bağlı problemlər hələ də davam edir. Dünya mətbuatında təşkilatçılığın pis olduğu üçün tənqid edilən yarış bu dəfə medalların keyfiyyətinin aşağı olması ilə diqqət mərkəzində olub.
Artıq 100-ə yaxın idmançı bu məsələ ilə bağlı təşkilat komitəsinə müraciət edib. Elə Azərbaycan idmançıları da var ki, oxşar problemlərlə üzləşiblər.
Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Həsrət Cəfərov hələ Fransada olarkən medalının keyfiyyətsiz olduğunu görüb.
“Medal soyulmağa başladı. Zaman keçdikcə keyfiyyət daha da pisləşdi. Azərbaycana qayıdanda məni qarşılayanlar mükafatı görüb soruşdular ki, niyə belə vəziyyətdədir? “Böyük idman yarışından alınan medal yüksək keyfiyyətli olmalıdır”, - olimpiya mükafatçısı narazılığını bildirib.
Qeyd edək ki, yarışın təşkilat komitəsinə şikayətlər göndərildikdən sonra bütün idmançıların medallarının dəyişdiriləcəyi vəd edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.