Zelim Kotsayev dünya üçüncüsü olaraq çempionluq titulunu itirib
Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın cüdoçular arasında keçirilən dünya çempionatı başa çatmaq üzrədir. Qeyd edək ki, çempionatın dördüncü və beşinci günü olduğu kimi bu günə təsadüf edən altıncı günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, bu gün yiqmamizin aktivinə daha bir bürünc medal yazılıb. Medalın sahibi isə bu günə qədər Avropa, dünya və Olimpiya çempionu adını daşıyan Zelim Kotsayev (100 kq) olub. Təəssüflər olsun ki, mundiala dünya çempionu kimi qatılan Kotsayev bu dəfə çıxışını üçüncü yerdə bitirməklə çempionluq titulunu qoruya bilməyib. Bununla da çempionluq titulunu itirən cüdoçumuz yalnız bürünclə kifayətlənib.
Kotsayev bürüncə gedən yoluda 5 görüşdən 4-də qələbə qazanıb. Xatırladaq ki, startda (1/16 final) Cennaro Pirellini (İtaliya), ardından Qazaxıstan təmsilçisi Marat Baykamurovu məqlub edən çempionumuz 1/4 finalda erməni idmançı Arman Adamysnla bacarmayıb. Bununla da çempionluq şansını itirən çempionumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Əvvəlcə gürcü əsilli Nikolaz Şerazidisvilini (İspaniya), ardından isə Cənubi Koreyadan olan Kim Se Xendi məğlub edib.
Beləliklə də, Azərbaycan yığması aktivindəki medalların sayını üçə çatdırıb.
Yeri gəlmişkən, Kotsayevdən öncə mundialda eyni uqura Zelim Tckayev (81 kq) və Elcan Hacıyev (90 kq) imza atıb.
Sabah fərdi yarışlara yekun vurulacaq. Həmin gün yiqmamizin üzvü Uşanqi Kokuari (+100 kq) tatamiyə çıxaraq.
Qeyd edək ki, ilk 6 gündən sonra Azərbaycan üç bürünc medalla medal sıralamasında 93 komanda arasında 23-cu yerdədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.