Novak Cokoviç ardıcıl 27-ci dəfə Böyük Dəbilqə turnirlərinin üçüncü mərhələsinə yüksəlib
24 qat əsas qalib serb tennisçi Novak Cokoviç ardıcıl 27 dəfə Böyük Dəbilqə turnirlərinin üçüncü mərhələsinə yüksəlib.
Yanvarın 15-də 2025-ci il Avstraliya Açıq çempionatının ikinci mərhələsində o, dünyanın 125-ci pilləsində qərarlaşan portuqaliyalı Xayme Fariyanı məğlub edib. Görüş dörd setdə Cokoviçin qələbəsi ilə başa çatıb: 6:1, 6:7 (4:7), 6:3, 6:2.
Bundan əlavə, Cokoviç Böyük Dəbilqə yarışlarında keçirilən matçların sayına görə mütləq rekorda imza atıb (430). O, Böyük Dəbilqə yarışlarında 429 matç keçirmiş 20 qat əsas çempion isveçrəli Rocer Federerin rekordunu qırıb.
2025-ci il Avstraliya Açıq çempionatının üçüncü turunda Novak Cokoviç dünyanın 25-ci yeri tutan çex tennisçisi Tomas Maçaç ilə qarşılaşacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.