İdmançılar medalları kütləvi şəkildə Paris 2024 təşkilat komitəsinə qaytarırlar
2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya və Paralimpiya Oyunlarında medal qazanan 100-dən çox idmançının medalları keyfiyyətsiz olduğuna görə geri qaytarılıb.
Medalları hazırlayan Paris Sikkəxanasının rəhbərliyi artıq üç əsas mütəxəssisi işdən çıxarıb: sənaye direktoru, istehsal direktoru və keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühit departamentinin rəhbəri.
Daha əvvəl Paris 2024-də idman yarışlarında bürünc medal qazanan amerikalı skeytbordçu Nyjah Huston və fransalı üzgüçü Maksim Grousset səhv medallardan şikayətləniblər. Yarışların bitməsindən iki həftə keçməmiş medalların üzərindəki örtük çatlamağa və soyulmağa başladı.
Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.