“Zərərdən uzaq sağlam gələcəyə doğru” – Masallıda maarifləndirici tədbir
Masallıda uşaqların zərərli informasiyalardan qorunması məqsədilə maarifləndirici tədbir keçirilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilən “Zərərdən uzaq sağlam gələcəyə doğru” adlı dəyirmi masada rayonun müxtəlif ümumi təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva uşaqların internetdən düzgün istifadəsinə nəzarət olunmasının, eləcə də bu sahədə atılacaq addımların vacibliyini qeyd edib, tövsiyələrini verib: “İnternet uşaqların məlumat əldə etmək, araşdırmaq və tənqidi düşüncə kimi fərdi inkişafını dəstəkləyən böyük texnoloji resurs kimi qəbul edilsə də, zərərli tərəfləri də mövcuddur...”
Maraqlı diskusiya şəklində davam edən tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.