NBA ulduzu Fələstin postunu silməyə məcbur oldu
Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş mərkəzi və Los Angeles Lakers ilə liqa çempionu Duayt Hovard Fələstinə dəstək verdiyi üçün komandadan necə qovulduğunu açıqlayıb.
İdmançının sözlərinə görə, yazının silinməsi üçün ona güclü təzyiqlər edilib.
“NBA-da oynadığınız zaman ciddi nəticələrə səbəb ola biləcək və sizi böyük bəlaya salan bir çox şey var. Məsələn, bir neçə il əvvəl Houston Rockets-də oynayan zaman sosial media səhifəmdə yazmışdım: “Azad Fələstinə”. Və demək olar ki, liqadan qovuldum. 39 yaşlı basketbolçu "Mən sadəcə olaraq bunun səbəbini anlamağa çalışırdım" deyib.
Vəziyyəti izah edən Howard, yazının yerləşdirilməsindən 10 dəqiqə keçməmiş, ona liqa komissarı və fondundan agentlər zəng edərək postu ləğv etməyi tələb etdiyini söylədi. "Dedilər ki, başı bəlaya düçar olacaq. Bu yazını silmək lazımdır". Dedim ki, mən nə eləmişəm ki, mənə kimsə izah edə bilər?
Hovard NBA-da oynayarkən fikirlərini ifadə etməkdə çətinlik çəkdiyini qeyd edib. "NBA-da olanda çox danışırsansa, ümumiyyətlə danışırsansa, özünü elə bir vəziyyətə qoyursan ki, uğur qazana bilməyəcəksən" deyə basketbolçu izah edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.