Taekvondoçumuz Qaşim Maqomedov dünya reytinqində ikincidir
Dayanq ustalarımız 2024-cü ili 104, parataekvondoçularımız isə 11 medalla başa vurublar
Ümumdünya Taekvondo Federasiyası dünya taekvondoçularının 2024-cü ildəki nəticələrini nəzərə alaraq ilin yekun reytinq cədvəlini açıqlayıb. Qeyd edək ki, 2025-ci ilin ilk reytinq cədvəli olan bu yeni cədvəldə Azərbaycan idmançısı Qaşim Maqomedov (58 kq) da yer alıb. Paris Olimpiadası-2024-ün mükafatçısı olan azərbaycanlı dayanq ustası öz çəkisində ikinci pillədə qərarlaşıb.
Yerı gəlmişkən, 2024-cü ildə taekvondoçularımız beynəlxalq yarışlarda 27-si qızıl, 25-i gümüş və 52-si bürünc əyarlı olmaqla, ümumilikdə 104 medal qazanıblar.
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə təmsilçilərimiz ümumilikdə 11 (4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc əyarlı) medala sahib çıxıblar.
ATF-dən verilən məlumata görə, ötən iİlin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub.
Sevindirici haldır ki, parataekvondo üzrə təmsilçilərimiz İmaməddin Xəlilov (70 kq, K44) və Sabir Zeynalov (58 kq, K44) ölkəmizə Paris Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar. Avropa və dünya çempionu, Tokio-2020 Yay Paralimpiya Oyunlarının iştirakçısı İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında tarixi uğur əldə edərək, parataekvondo üzrə ilk qızıl medala sahib çıxıb. Sabir Zeynalov (58 kq) isə Paris-2024-də fəxri kürsünün üçüncü pilləsində yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.