"Sərhədçi" Super Kubok -2024-ün qalibidir
Dünən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı meydanında atçılığın Çövkən növü üzrə mövsümün Super Kuboku uqrunda həlledici final oyunu keçirilib. Görüşdə Peşəkar Çövkən Liqasının qalibi adını daşıyan"Sərhədçi " klubu ilə "Prezident Kuboku-2024"-un sahibi olan "Elit" qarşılaşıb. Yüzlərlə tamaşaçının canlı izlədiyi bu oyun "Sərhədçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
ARAF-dan verilən məlumata görə, Super Kuboku qalib komandaya ARAF-in prezidenti Elçin Quliyev və Gənclər İdman Nazırı Fərid Qayıbov təqdim edib.
Qeyd edək ki, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirə Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və bir sıra tanınmış sənətçilərin çıxışı ilə yekun vurulub.
Yeri gəlmişkən, oyunu canlı izləyənlər arasında rəsmi qonaqlar və eləcə də idman ictimaiyyətinin nümayəndələri olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.