Şəhriyar Məmmədyarov geriləsə də...
FİDE (Beynəlxalq Şahmat Federasiyası) dünya şahmatçılarınin reytinq cədvəlində yanvarın birinə olan vəziyyətini elan edib. Əvvəlki cədvəllərdə olduğu kimi, yeni cədvəldə də kişi şahmatçılarimiz arasında ən yaxşı vəziyyət Şəhriyar Məmmədyarova (2732 xal) məxsusdur. O, əvvəlki cədvəllə müqayisədə 4 pillə geriləyib 20-ci yerə düşsə də yenə də Top-100-də yer alan təmsilçilərimiz arasında irəlidədir. Top-100-də yer alan digər təmsilçilərimizdən isə Teymur Rəcəbov 2698 xalla yenə də 32-cidir. Rauf Məmmədov (2656) isə 70-dən 74-ə düşüb.
Kişilərin reytinq cədvəlində ilk üç yeri müvafıq ardıcıllıqla Maqnus Karlsen (Norveç, 2831) və ABŞ təmsilçiləri Fabian Karuana (2803) ilə Xikaru Nakamura (2802) tutur.
Qadınlara gəlincə, kişilərdən fərqli olaraq burada 4 təmsilçimiz Top-100-də yer alıb. Onların arasında ən yaxşı vəziyyət aktivində 2412 xalı olan Günay Məmmədzadəyə (38-ci yer) məxsusdur. Gövhər Beydullayeva (2404) 42-ci, Ülviyyə Fətəliyeva (2381) 64-cu, Xanım Balacayeva (2355) isə 88-ci yerdədir.
Qadınların reytinq cədvəlində ilk üç yeri Çin təmsilciləri tutur: Xou İfan (2633), Tszyuy Ventszyun (2561) və Tan Cjynyu (2561).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.