Ziya Dilsuz:
“Dəyişir”
Nə olubdur, bu nə hay-küy, nədi, təqvim dəyişir?
Hamı əvvəlkidi, keyfindədi ey, kim dəyişir?
Bu dünəndən qalan ömründü elə, başqa nə var?
Görə bildinmi məgər fəhlə, müəllim dəyişir?
Gəzib axtarmağa dəyməz dəyişiklik, yenilik,
Dəyişən bir şey əgər var, o da iqlim - dəyişir.
Elə biz bildiyimiz köhnə filanlardı, dədə,
Nə bizim bildiyimiz zad, nə də təlim dəyişir.
Başa düşmək nə çətinmiş adamın hər cürəsin,
Günü-gündən edilən arifə him-cim dəyişir.
Qala bilmir axı gündəmdə nağıllar bu sayaq,
Yenə gündəmdə nağıllar, yenə tilsim dəyişir.
Yüzü böhtan deyə, Dilsuz birin almaz vecinə,
Əşi, boş sözdü deyirlər ona, daim dəyişir.
31.12.2024
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.