"Olimpiakos" "Çelsi"nin keçmiş futbolçusu Villianın komandadan ayrıldığını açıqlayıb
Yunanıstanın "Olimpiakos" klubu əvvəllər Londonda "Çelsi"də çıxış etmiş 36 yaşlı braziliyalı cinah oyunçusu Villianın komandadan ayrıldığını açıqlayıb.
“Olimpiakos FK Villiana gələcək karyerasında uğurlar arzulayır. Onun Pireydə həmişə ailəsi olacaq”, – klubun X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində deyilir.
Villian 2024-cü ilin sentyabrında Olimpiakos futbolçusu oldu. Bu müddət ərzində braziliyalı bütün turnirlərdə 11 klub matçında iştirak edib və bir məhsuldar ötürmə edib.
Villian karyerasının böyük hissəsini “Çelsi”də oynayıb. Braziliyalı 7 il (2013-cü ildən 2020-ci ilə kimi) "Mavilər"də çıxış edib. London klubu ilə o, iki Premyer Liqa titulunu, bir Liqa Kubokunu, bir İngiltərə Kubokunu və bir Avropa Liqasını qazandı. Cinah oyunçusu həmçinin "Korintians", "Şaxtyor", "Anji", Londonun "Arsenal"ı və "Fulhem"də də çıxış edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.